Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Aleksey Navalnı Nobel sülh mükafatına namizəd göstərilib

17 Sentyabr 2020
Aleksey Navalnı Nobel sülh mükafatına namizəd göstərilib

Aleksey Navalnı.Foto:AP

Rusiyanın müxalif lideri, Anti-Korrupsiya Fondunun rəhbəri Aleksey Navalnı Nobel sülh mükafatına namizəd göstərilib.

Bu barədə rusiyalı alim, Nyu-Cersidəki “Rutgers” Universitetinin professoru Sergey Erofeev məlumat yayıb.

Erofeevə görə, Navalnı bu mükafata Rusiyada fəaliyyət göstərən tanınmış universitetlərin bir sıra professorları tərəfindən namizəd göstərilib.

O, konkret ad çəkməsə də, Navalanını namizəd göstərənlər arasında “böyük adamlar” olduğunu qeyd edib.

Nə baş verib: A.Navalnı avqustun 20-də Sibirdən Moskvaya uçarkən onun halı pisləşib, təyyarə Omskda təcili eniş etməli olub. Müxalifətçi Omskda xəstəxanada iki gün qalandan onra Almaniyaya aparılıb.

Almaniya rəsmilərinə görə, A.Navalnı “”noviçok” sinifindən olan sinir qazl ilə zəhərlənib. 2 həftədən çox komada qalan siyasətçi müalicəsini Berlindəki “Charite”klinikasında davam etdirir. Rusiya hakimiyyəti  siyasətçinin zəhərləndiyi iddialarını inkar edir.

Nobel sülh mükafatına kimlər namizəd göstərilə bilər: Dünyanın hər hansı bir universitetinin professoru Nobel Sülh Mükafatına namizəd göstərə bilər, namizəd olmaq üçün konkret tələblər yoxdur. Bundan əlavə, hökumət və parlament nümayəndələri, dövlət başçıları və bəzi digər kateqoriyalardakı şəxslər namizəd göstərə bilər.

Rusiyadan bu mükafatı  kimlər qazanıb: İndiyə qədər heç bir rus Nobel sülh mükafatı almayıb. Sovet İttifaqı dövründə  isə bu mükafat Andrey Saxarov (1975) və Mixail Qorbaçova (1990) verilib. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia