Çərşənbə, 25 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan jurnalistə 20 min avro təzminat ödəyəcək

17 Sentyabr 2020
Azərbaycan jurnalistə 20 min avro təzminat ödəyəcək

Rauf Mirqədirov.Foto: VOA

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 17-də jurnalist Rauf Mirqədirovla bağlı qərarını açıqlayıb. 

Qərar R.Mirqədirovun azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı hüquqlarının pozulması iddiası ilə bağlıdır.

AİHM qərara gəlib ki, sadalanan hüquq pozuntularına görə Azərbaycan hökuməti jurnalistə 20 min avro təzminat ödəməlidir.

Rauf Mirqədirov kimdir: O, uzun illər “Zerkalo” qəzetinin siyasi icmalçısı, 2010-cu ildən qəzetin Türkiyədəki xüsusi müxbiri postunda çalışıb. 

Nə zaman və hansı ittihamlarla həbs olunub: R.Mirqədirov 2014-cü ilin aprelində dövlətə xəyanətdə ittiham olunaraq həbs edilib. İttihama görə, jurnalist Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistan xüsusi xidmət orqanlarına casusluq edib. Jurnalist 2015-ci il dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ilin martında cəzası şərti həbslə əvəzlənib və R.Mirqədirov məhkəmə zalından azadlığa buraxılıb.

İndi haradadır: 2014-cü ilin dekabrında İsveçrədə R.Mirqədirovun həyat yoldaşına və 2 qızına siyasi sığınacaq verilib. 2016-cı ildə jurnalist özü də İsveçrəyə gedib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia