Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Oktay Gülalıyevin ailəsi Heydər Əliyev Fondunun dəstəyindən imtina edir

21 Sentyabr 2020
Oktay Gülalıyevin ailəsi Heydər Əliyev Fondunun dəstəyindən imtina edir

Oktay Gülalıyev.Foto: Azadlıq Radiosu

Hazırda Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oktay Gülalıyevin ailəsi onun xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanmasından imtina edib. Bu barədə məlumat yayan oğlu Təbriz Gülalıyev bildirib ki, atasının ölkəyə qaytarılması üçün həm yazılı, həm də şifahi müraciət ediblər: 

Bəli, bu bir etirazdır. Çünki atam 11 aydır komada olsa da heç bir istintaq aparılmır. Məhkəmənin başladılmaması üçün süni gecikdirmələr, bəhanələr gətirirlər; gah pandemiya dövrü olduğunu, gah ailənin, gah da şəxsən Oktay Gülalıyevin burada, yəni Azərbaycanda olmasının vacibliyini bildirirlər. Bütün bəhanələrə son qoymaq və atamın bu vəziyyətə düşməsinə səbəb olanların hüquqi müstəvidə cəzalandırılması üçün vətənə qayıdırıq”.

T.Gülalıyev Bakıda da onlara süni əngəl yaradılacağı halda hüquqi formada etirazlarını davam etdirəcəklərini deyib: 

Heç bir halda bu cinayət üstü örtülü qalmayacaq!”.

Oktay Gülalıyev kimdir: Hüquq Müdafiəçisi kimi fəaliyyət göstərən Oktay Gülalıyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

Nə baş verib: 2019-cu il oktyabrın 29-da Oktay Gülalıyevi avtomobil vurub.

Qəzanın videogörüntülərinə əsasən, hadisə O.Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib.

Hüquq müdafiəçisi əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə, sonradan “City Hospital”a köçürülüb. Daha sonra isə Neyrocərrahiyyə Klinikasına aparılıb. Sonradan Heydər Əliyev Fondu onun müalicə xərclərini öz üzərinə götürüb və O.Gülalıyev müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbul şəhərinə aparılıb. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia