Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Aclıq aksiyası edən iranlı hüquq müdafiəçisi Nəsrin Sotude xəstəxanaya aparılıb

23 Sentyabr 2020
Aclıq aksiyası edən iranlı hüquq müdafiəçisi Nəsrin Sotude xəstəxanaya aparılıb

Nəsrin Sotude.Foto: Getty İmages

İranda 11 avqustdan bəri aclıq aksiyası keçirən məhbus hüquq müdafiəçisi Nəsrin Sotude saxlanıldığı Evin həbsxanasından xəstəxanaya aparılıb.

İrandakı İnsan Haqları Mərkəzinin (Center for Human Rights in Iran – CHRI) sentyabrın 20-də yaydığı məlumatda deyilir ki, N.Sotudenin əri Rza Xandan bu barədə danışıb.

Onun sözlərinə görə, ailə üzvlərinə hüquq müdafiəçisini ziyarət etməyə icazə verilib:

Ziyarət çox ani oldu. O, çox zəifləyib, sifəti düşüb, gözləri çuxura düşüb, arıqlayıb”.  

CHRI-nin icraçı direktoru Xadi Qaemi deyib ki, İran rəsmiləri Nəsrinin vəziyyətinin pisləşdiyini gizlətməyə çalışa bilər, ancaq dünya onun aqibətindən hökuməti məsul tutacaq.

Nəsrin Sotude kimdir: Nəsrin Sotude İranda hüquq müdafiəçisi kimi fəaliyyət göstərir. O, edam təhlükəsi olan yetkinlik yaşına çatmayanların, hicab qadağasına əməl etmədikləri üçün həbs olunanların hüquqlarını müdafiə edib.

Nədə ittiham olunur: O, 2019-cu ildə“dövlət təhlükəsizliyinə qarşı çıxmaq” ittihamı ilə 38 il müddətinə azadlıqdan məhrum olunub. 

Niyə aclıq aksiyası edir: Hüquq müdafiəçisi ona qarşı irəli sürülən ittihamların hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlı olduğunu düşünür və buna etiraz olaraq 40 gündür aclıq aksiyası keçirir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia