Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Məhərrəmlinin Penitensiar Xidmətin 3 saylı İxtisaslaşmış Müalicə Müəssisəsində pis rəftara məruz qaldığı bildirilir. AXCP-nin yaydığı məlumata görə, bu barədə 2 saylı Cəzaçəkmə Müəssisəsində olan A.Məhərrəmli ailəsi vasitəsi ilə ictimaiyyətə üznvanladığı məktubda qeyd edib.
O deyir ki, müəssisədə saxlanılan koronavirus xəstələrinə işgəncə verilir:
Tam 41 gün 3 saylı Vərəm Əleyhinə İxtisaslaşmış Müalicə Müəssisəsində qalmışam. Hamını bir yerə yığıb ağzımızı bağladılar. Hələ günlərlə cəza palatasına (“kars”a) də salındıq. Şəxsən məni 10 gün cəza palatasında saxlayıblar. Yalnız yatanda döşəklə təmin olunurdum. Bütün günü quru taxtanın üzərində yatırdım. Verilən döşək isə çox bərbad halda idi. Qoxusu dəhşət idi. Adi sabun nədir ki, onu israrla alırdıq. Bir dəfə özümü pis hiss etdim və həkim tələb etdim. Cavab bu oldu ki, “bura “tubzon”un karsıdır, burada istəklər reallaşmır “”.
A.Məhhərəmli məktubunda bəzi məhkumların döyüldüyünü də yazıb:
“İnanın ki, əsirlikdə olanlarla belə davranmırlar. Məhkumları döyüb, çılpaq formada çarpayıya qandallayırdılar. Ayaqyolu istəyənə isə “canın çıxsın” cavabı verilirdi”.
Nə baş verib: İyulun 19-da 2 saylı cəzaçəkmə müəssisəsindən koronavirus testi pozitiv çıxan 40 məhbus 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Köçürülənlər arasında A.Məhərrəmli də olub.
Aqil Məhərrəmli nə vaxt həbs olunub: AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli 2018-ci il mayın 25-də saxlanılıb. O, çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurarq 4 müddətinə azadlıqdan məhrum edilib.