Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Elçin Sadıqov fərdi vəkil kimi fəaliyyət göstərə bilməyəcək

26 Sentyabr 2020
Elçin Sadıqov fərdi vəkil kimi fəaliyyət göstərə bilməyəcək

Vəkil Elçin Sadıqov.Foto: şəxsi facebook hesabı

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyətini dayandıraraq, onu 14 saylı vəkil bürosuna təyin edib. 

Bu barədə məlumat yayan E.Sadıqov deyir ki, ona töhmət də verilib: 

Vəkillər Kollegiyasının Rəyasət Heyəti mənə qarşı repressiya həyata keçirir. Mənim fərdi fəaliyyətimi ləğv edərək, qeyri-iş günlərində həbs edilən siyasi məhbusların müdafiəsindən çəkindirmək üçün fərdi fəaliyyətimi dayandırır”.

E.Sadqıovun sözlərinə görə,  vəkildə sənədlər olsa da Vəkillər Kollegiyası onun fərdi vəkil kimi fəaliyyətini dayandırıb:

Bu məni faktiki olaraq Nəsimi rayonunda yerləşən 14 saylı vəkil bürosuna sürgünə göndərməkdir. Hesab edirəm ki, bütün bu araşdırma işi, haqqımdakı şikayət və s. hamısı oyundur. Məqsəd də mənim siyasi işlərə çıxmağımın qarşısını almaqdır. Bütün bu oyunlar məhz bunun üçün düzülüb-qoşulub”.

Vəkil niyə töhmət alıb: E.Sadıqov vaxtilə hüquqlarını müdafiə etdiyi əcnəbiyə görə cəzalandırılıb. O, 2019-cu ildə həmin əcnəbi haqqında çıxarılan deportasiya qərarını ləğv etdirib, bu ilin yanvarında isə onun Azərbaycanda 1 illik yaşayışı üçün icazə almışdı.

Gürcüstan vətəndaşı olan Janaşia Leila sonradan E.Sadıqovdan VK-a şikayət edib, nəticədə vəkilin barəsində intizam icraatı başlayıb.

O həmçinin vəkildən məhkəməyə və prokurorluğa şikayət edib. Yasamal Rayon Prokurorluğu vəkilin əməlində cinayət tərkibi olmadığına görə cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarıb. Səbail Rayon Məhkəməsi də iddianı rədd edib.

Kimləri müdafiə edib: Elçin Sadıqov siyasi məhbus hesab olunan bir çox fəalı, o cümlədən 17 günlük aclıq aksiyasından sonra bir neçə gün əvvəl ev dustaqlığına buraxılan Tofiq Yaqublunu müdafiə edib. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia