Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bu gün cəbhədə saat 18:00-a qədər baş verənlər haqda nələri bilirik?

30 Sentyabr 2020
Bu gün cəbhədə saat 18:00-a qədər baş verənlər haqda nələri bilirik?

Tərtərdə evi dağılan vətəndaş. Foto: AzerTaC

Sentyabrın 27-də səhər saat 6-dan Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətlərində atəşkəs pozulub.  Cəbhədəki vəziyyətlə bağlı 28 sentyabr saat 18:00-a qədər nələri bilirik?

Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub
Təhsil nazirliyi Ermənistanın hücumu nəticəsində həlak olan 2 məktəbli barədə məlumat yayıb. Nazirliyin məlumatına görə, həlak olan məktəblilər 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanovadır. Onlar Naftalan şəhəri,Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.

⚡Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində həlak olan 7-ci və 9-cu sinif şagirdləri.#Azerbaijan #Karabakh pic.twitter.com/NIdYw9Ejgd

— Mikroskop Media (@MikroskopMedia) September 28, 2020

Qismən səfərbərliyə kimlərin cəlb olunacağı açıqlanıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev qismən səfərbərliyə kimlərin cəlb ediləcəklərini açıqlayıb.

https://www.instagram.com/p/CFrX3PAne6S/?utm_source=ig_web_copy_link

Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər – əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunacaq.

Bakı metrosu saat 6:00-dan 00:00-dək işləyəcək
Bakı metropoliteninin iş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmayıb. “Bakı Metropoliteni” QSC-nin məlumatına görə, metropolitenin stansiyaları, əvvəlki qayda ilə – saat 6:00-dan 00:00-dək sərnişinlərin girişinə açıq olacaq.

Avropa İttifaqı yeni müharibənin başlamasından narahatdır
Avropa İttifaqı tərəfləri mülki vətəndaşların müdafiəsinin və infrastrukturunun təmin olunması üçün yeni müharibənin qarşısını almağa çağırıb. Qurumun xarici xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib ki, Aİ Qarabağ münaqişəsinin dərinləşməsinin qarşısını almaq üçün bütün tərəflərlə təmas saxlayacaq.

Ermənistan döyüşlərdə həlak olan 59 erməni hərbçinin adını açıqlayıb
Sentyabrın 28-də gedən döyüşlərdə 28 erməni hərbçisi həlak olub. Buna qədər qarşı tərəf döyüşlərdə 31 hərbçisinin öldürüldüyünü açıqlamışdı. Bununla da, həlak olan hərbçilərin ümumi sayı 59-a çatıb. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovanisyan 200 hərbçinin isə yaralandığını bildirib.

Mərmilər Ağdam və Tərtərin kəndlərində mülki obyektlərdə yanğın törədib  
Ermənistan silahlı qüvvələri əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutub.  Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir ki, bunun nəticəsində yanğınlar baş verib və dinc əhalinin əmlakına  ziyan dəyib. Yanğınlar Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə baş verib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia