Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Cəbhə xəttində 28 sentyabr, 13:00-a qədər olanlar barədə nələri bilirik?

28 Sentyabr 2020
Cəbhə xəttində 28 sentyabr, 13:00-a qədər olanlar barədə nələri bilirik?

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistana məxsus tankın sıradan çıxarılması barədə yaydığı video görüntüdən screenshot

Sentyabrın 27-də səhər saat 6-dan Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətlərində atəşkəs pozulub və döyüşlər başlayıb. Hər iki tərəfdən itkilər var. Cəbhədə bu gün saat 13:00-a qədər baş verənlərlə bağlı nələri bilirik?

Müdafiə nazirliyi Ermənistanın itkilərini açıqlayıb
Azərbaycan MN məlumat yayıb ki, qarşı tərəfin 24 tank və zirehli texnikası, 18 PUA, 8 artilleriya quğusu məhv edilib, 550-dən artıq itkisi var. Nazirlik bildirir ki, əks-hücum əməliyyatı davam etdirilir və Ermənistan itkilərinin sayını gizlədir.

Talış kəndi ətrafındakı yüksəkliklər təmizlənib
Müdafiə Nazirliyi Talış kəndi ətrafındakı yüksəkliklərlə bağlı məlumat yayıb. Bildirilir ki, Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir. Həmin ərazidə bir neçə əlverişli yüksəklik təmizlənib.

Fransa prezidenti Makron İlham Əliyevə zəng edib
Fransa prezidenti Emmanuel Makron İlham Əliyevə zəng edib. Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, E.Makron baş verənlərdən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd edib və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.

Azərbaycanda qismən səfərbərlik elan edilib
Prezident İlham Əliyev sentyabrın 28-də  “Qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tapşırılıb ki, təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

İctimai nəqliyyat saat 20:00-a qədər işləyəcək
Azərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək. Bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti yayıb.

ABŞ prezidenti Dağlıq Qarabağdakı vəziyyəti şərh edib

ABŞ hakimiyyəti Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə müşahidə edir və baş verənlərin qarşısını alıb-ala bilməyəcəyini nəzərdən keçirir. Bizim bu regionda çox yaxşı əlaqələrimiz var. Görək bunu dayandıra bilərikmi

Bunu ABŞ prezidenti Donald Tramp cəbhədə baş verənləri şərh edərkən deyib.

Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində mülki şəxslərdən 6 nəfər ölüb, 19 nəfər yaralanıb
“Ermənistan işğal etdiyi ərazilərdən davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur”. Bunu Azərbaycanın xarici işlər naziriCeyhun Bayramov deyib. Nazirin sözlərinə görə, Ermənistanın hücumları nəticəsində 6 mülki şəxs həyatını itirib, 19 nəfər yaralanıb.

Ermənistanda itkiləri arasında Suriyadan muzdluların olduğu deyilir
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib ki, əldə olunan kəşfiyyat məlumatına əsasən, Ermənistanın itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən olan erməni əsilli muzdlu döyüşçülər də var. V.Dərgahlının sözlərinə görə,onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün qarşı tərəf bu itkiləri asanlıqla gizlədir.

Heydər Əliyev Beynəlxalq Aeroportu məhdud iş rejiminə keçib
Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçib. “Azərbaycan Hava Yolları” QSC-nin yaydığı məlumatda deyilir ki, Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-dək (30 sentyabr daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılıb.

Azərbaycan Ordusu döyüşlərini davam etdirir

Azərbaycan ordusunun şəxsi heyəti rəşadətli döyüşlərini davam etdirir.

Prezidentin köməkçisi Hikmət Hacıyev belə deyib. H.Hacıyev onu da deyib ki, xarici media nümayəndələrinin Azərbaycana səfərləri təşkil olunub.

General-mayor Mayis Bərxudarovun əsir götürülməsi barədə məlumat təkzib edilib

Bu gün səhər saatlarında Ermənistan tərəfi general-mayor Mayis Bərxudaorvun əsir götürüldüyü və yaralandığı barədə məlumat yayıb. M.Bərxudarov isə bildirib ki, əks-hücum əməliyyatları uğurla davam edir:

Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia