Hərbi cinayət hərbi qanunların pozulması hesab olunur və bu, həm hərbi, həm də mülki şəxslər tərəfindən törədilə bilər. Hərbi cinayət törədilən zaman bu, beynəlxaq cinayət hüququna əsasən mübahisələndirilir və cəzalandırılır.
Hansı beynəlxalq sənədlə tənzimlənir?
Hərbi cinayətlər 2002-ci ildən bəri qüvvədə olan Beynəlxalq Cinayət Məhkəməsi Əsasnaməsinin 8-ci maddəsi ilə tənzimlənir və bu məhkəmənin yurisdiksiyasındadır. Bu maddə həm beynəlxalq silahlı qarşıdurmalar, həm də daxili silahlı qarşıdurmalar zamanı törədilə biləcək cinayətləri müəyyənləşdirir.
Hansı aktlar hərbi cinayət sayılır?
Beynəlxalq Cinayət Məhkəməsinin Əsasnaməsinə görə aşağıdakılar hərbi cinayət sayılır:
- Döyüşlərdə birbaşa iştirak etməyən mülki şəxslərə və ya mülki əhaliyə qəsdən hücumlar;
- Mülki şəxslərə qəsdən hücumlar;
- Beynəlxalq silahlı münaqişə qanunu çərçivəsində mülki şəxslərə və ya mülki obyektlərə göstərilən qorunmadan faydalanmaq hüququ olduğu təqdirdə, Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına uyğun olaraq sülhməramlılara təyin olunmuş personala, obyektlərə, materiallara, bölmələrə və ya nəqliyyat vasitələrinə və ya humanitar yardımlara qəsdən hücumlar etmək;
- Mülki şəxslərin yaralanmasına və ya ölməsinə, mülki obyektlərin zədələnməsinə səbəb olacağını və təbii mühitə geniş, uzunmüddətli və ciddi ziyan vuracağını bilərək hücum başladılması;
- Müdafiəsiz və ya hərbi hədəf hesab edilməyən şəhər, kənd, ərazi və ya tikililərin bombalanması və ya bu ərazilərə hansısa vasitə ilə hücum edilməsi;
- Silahını yerə qoyan, müdafiə vasitəsi olmayan və könüllü təslim olan bir əsgəri öldürmək və ya yaralamaq;
- Dini, təhsil, bədii, elmi və ya xeyriyyə məqsədi ilə istifadə olunan binalara, tarixi abidələrə, xəstəxanalara və xəstələrin və yaralıların toplandığı yerlərə qeyri-hərbi məqsədli qəsdən hücumlar;
- Mərhəmət göstərilməyəcəyini elan etmək;
- Zəhər və zəhərli silahlardan istifadə edilməsi;
- İnsanın ləyaqətini alçaldan davranışlar;
- 15 yaşından kiçik uşaqların hərbiyə çağırılması və ya döyüşlərdə aktiv istifadə edilməsi;
Bəzi ölkələr, xüsusilə də Amerika, Çin və İsrail Beynəlxalq Cinayət Məhkəməsini tənqid edir və ona qoşulmağı rədd edir .
Kimlər hərbi cinayətdə mühakimə olunub?
Bu günə qədər hərbi cinayətlərdə mühakimə olunan keçmiş dövlət və hökumət başçılarından bəziləri:
- Karl Dönits (Almaniya)
- Hideki Tojo (Yaponiya)
- Çarlz Teylor (Liberiya)
- Slobadan Miloşoviç (Yuqoslaviya)
- Səddam Hüseyn (İraq)