Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Human Rights Watch: Azərbaycan qadağan olunmuş silahlardan istifadə edib

23 Oktyabr 2020
Human Rights Watch: Azərbaycan qadağan olunmuş silahlardan istifadə edib

Xankəndi.Foto:Human Rights Watch

“Azərbaycan tərəfi dəfələrlə Dağlıq Qarabağdakı yaşayış məntəqələrində qadağan edilmiş silahlardan istifadə edib”. “Human Rights Watch” hüquq müdafiə təşkilatının oktyabrın 23-də yaydığı məlumatda belə deyilir.  Təşkilat bu ilin oktyabr ayında Dağlıq Qarabağda araşdırma apararkən, Azərbaycanın qadağan olunmuş silahlarından istifadə etdiyi 4 hadisəni sənədləşdirdiyini bildirib.

Azərbaycanla Ermənistan və Dağlıq Qarabağdakı faktiki hakimiyyət orqanları arasında döyüşlər sentyabrın 27-dən kəskin artıb. ATƏT-in Minsk qrupu üzvlərinin vasitəçiliyi ilə elan olunan 2 humanitar atəşkəs də döyüşləri dayandıra bilməyib. Hər 2 tərəfin səlahiyyətliləri deyir ki, Ermənistan, Dağlıq Qarabağ və Azərbaycanda baş verən hücumlar nəticəsində xeyli sayda mülki şəxs ölüb və ya yaralanıb”

HRW vurğulayır. 

Təşkilat qeyd edir ki, balistik silahların davamlı və xüsusən də əhalinin yaşadığı yerlərdə istifadəsi mülki şəxslərin təhlükəsizliyinə açıq şəkildə məhəl qoyulmadığını göstərir.

“Human Rights Watch” münaqişənin bütün tərəflərinin beynəlxalq humanitar hüquqa riayət edib-etmədiyini araşdırır, bu da silahlı qüvvələrin mülki şəxsləri və mülki obyektləri hər zaman ayırmasını tələb edir.

Təşkilat Azərbaycan hökumətinə yerində araşdırmalar aparmaq üçün dəfələrlə müraciət etsə də, buna icazə verilmədiyini bildirir.

“Human Rights Watch” Dağlıq Qarabağın inzibati mərkəzi və Azərbaycanın Xankəndi adlandırdığı Stepanakertdə araşdırma aparıb. Beynəlxalq təşkilat Hadrut qəsəbəsində çəkilmiş fotodakı raketi, zərbələri, partlamış və partlamamış sursat qalıqlarını təhlil edib və hücumlara şahid olan 6 nəfərlə də danışıb. Azərbaycan rəsmiləri Ermənistan tərəfini bu münaqişədə çoxlu silahlardan istifadə etməkdə ittiham edir, lakin HRW bu iddiaları müstəqil olaraq təsdiqləməyib”

məlumatda deyilir.

Təşkilatın haqqında danışdığı balistik sursatları geniş yayılmış təsiri və mülki vətəndaşlar üçün uzunmüddətli təhlükə hesab olunduğu üçün qadağan edilib. Bu silahlar  havada partlayır və ətrafa futbol meydançası böyüklüyündə onlarla, hətta yüzlərlə kiçik bombalar göndərir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia