Şənbə, 20 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İlham Əliyev “Fox News”-a müsahibəsində nədən danışıb? Müsahibədən çıxarışlar!

25 Oktyabr 2020
İlham Əliyev “Fox News”-a müsahibəsində nədən danışıb? Müsahibədən çıxarışlar!

İlham Əliyev müsahibə verir. Foto:president.az

Azərbaycan pezidenti İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib.

Prezident müsahibədə Ermənistanla Azərbaycan arasındakı münaqişə, Gəncə hadisələri, insan haqları, sosial problemlər haqqında danışıb. 

Mikroskop Media müsahibədən əsas çıxarışları təqdim edir:

Azərbaycanla Ermənistan arasında münaqişənin yenidən başlaması barədə 

Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər.

Münaqişənin diplomatik həll yolu haqqında 

Vasitəçilər tərəfindən – ABŞ, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, – bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, – Azərbaycana qaytarılması deyilir.

1994-cü ildəki müharibənin nəticəsi barədə

Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.

Atəşkəs barədə 

Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir.

Azərbaycan ordusunun mülki əraziləri, evləri hədəfə alması ittihamları barədə

Biz mülki şəxslərə hücum etmirik. Ermənistanın Gəncə şəhərinə qarşı onlarca adamın həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında. Biz dini məkanlara hücum etmirik. Şuşada kilsədə baş verənlər ya səhv olub, ya da bu, bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib.

Azərbaycan ordusunda suriyalı silahlıların döyüşməsi ittihamı barədə 

Bizim onlara ehtiyacımız yoxdur. Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir.

Müharibədən sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün istifadə edilməsi barədə

Bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Bizim ciddi sosial problemimiz yoxdur. COVID-19-la bağlı Azərbaycan ÜST tərəfindən nümunə kimi göstərilir.

İnsan haqları, söz azadlığı, korrupsiya, ailə idarəçiliyi barədə

Korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Son vaxtlarda bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir.

Türkiyənin Azərbaycana dəstəyi barədə

Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia