Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanın niyə F-16 təyyarəsi yoxdur? İzah edirik!

29 Oktyabr 2020
Azərbaycanın niyə F-16 təyyarəsi yoxdur? İzah edirik!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev. Foto:president.az/İllustrasiya: mikroskop media

Azərbaycanla Ermənistanın təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Rəsmi məlumata görə, Azərbaycanda 1 ay ərzində 150-dən çox kəndi və Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı olmaqla 4 şəhəri işğaldan azad edib.

Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Araik Arutyunyan sentyabrın 28-də deyib ki, Qarabağın müdafiə ordusu Türkiyənin F-16 qırıcısını vurub. Müdafiə nazirliyi isə bildirib ki, Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil.

Bəs niyə Azərbaycanın F-16 təyyarəsi yoxdur? Bu təyyarəni almaq üçün nə lazımdır? F-16-nı digər hərbi təyyarələrdən nə fərqləndirir? İzah edirik!

Hazırda Azərbaycan ərazisində olan F-16 qırıcı təyyarələri Türkiyə Silahlı qüvvələrinindir və prezident İlham Əliyev də çıxışında bunu təsdiqləyib. Həmin təyyarələr Azərbaycan və Türkiyənin birgə təlimləri zamanı ölkəyə gətirilib və hazırda istifadə olunmur.  Prezident çıxışında onu da deyib ki, Azərbaycana başqa ölkənin hərbi müdaxiləsi olarsa, həmin təyyarələr istifadə oluna bilər.

1

F-16 təyyarəsi nədir?

F-16 qırıcı təyyarəsi  4-cü nəsil, tək mühərrikli, məhsuldar və digər hərbi təyyarələrlə ilə müqayisədə nisbətən kiçik olan qənaətcil qırıcı-bombardman təyyarəsidir. 1970-ci illərin ikinci yarısından bəri istehsal olunan F-16 indiyə qədər hazırlanmış hərbi təyyarələr arasında ən yaxşılarından hesab olunur.

Rəsmi adı “Döyüşən şahin” olan bu təyyarə həm havada, həm də yerdəki hədəfləri yüksək həssaslıqla vura bilir. Pilotlar arasındakı qeyri-rəsmi adı “Viper”dir. Təyyarənin uzunluğu 15.03 metr, qanadlarının genişliyi isə 9.45 metrdir.  Bu təyyarələr güclü radarın köməyi ilə aşağıdan uçan təyyarələri belə aşkar edə bilir.

Boş halda təyyarənin ağırlığı 8 tondan çoxdur və onun “block” adlanan müxtəlif modelləri var. 2019-cu ilin sonuna olan statistikaya görə, bu təyyarənin 2000-dən çox nümunəsi xidmətdədir.

2

Harada istehsal olunur, necə və neçəyə satılır?

ABŞ istehsalı olan F-16-nı “Lockhed Martin”  şirkəti tərəfindən hazırlanır.  Müxtəlif modelləri olan təyyarənin qiyməti 8-34 milyon ABŞ dolları arasında dəyişir.

Təyyarənin satışı ABŞ-ın Xarici Hərbi Satış Proqramı çərçivəsində həyata keçirilir və satınalınma üçün ABŞ-la alıcı ölkə arasında müqavilə imzalanır. Bu proqram ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyini dəstəkəyir.  Hazırda Belçika, Niderland, Danimarka, Türkiyə kimi NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) üzvü olan ölkələr, həm də Cənubi Koreya, Tayvan, Sinqapur da F-16 təyyarəsi alıb.

3

Azərbaycanın F-16 alması üçün nələr lazımdır?

Azərbaycan F-16 almaq üçün NATO-nun bir neçə şərtinə əməl etməlidir. Məsələn, hər il Ümumi Daxili Məhsulun ən azı 2 faizini bu quruma ayırmalı, arsenal və şəxsi heyəti NATO istifadəsi üçün hər zaman hazır saxlamalı və digər şərtləri yerinə yetirməlidir. Bu da Azərbaycan üçün bahalı prosedur hesab olunur.

4

Azərbaycanın NATO-dakı statusu nədir?

Azərbaycan 1994-cü ildən NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramı üzrə tərəfdaş dövlət statusuna malikdir. Bu təşkilatın Şimali Amerika və Avropadan ümumilikdə 30 üzvü var. NATO 1949-cu ildə, üzvlərinin ortaq müdafiəsini təmin etmək üçün, ABŞ-ın təhlükəsizliyini avropalı müttəfiqləriylə əlaqələndirərək, Sovet İttifaqına qarşı qurulub. İttifaqın üzvü olan ölkələrdən İslandiyadan başqa bütün ölkələrin ordusu var.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia