Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

BMT komissarı: Yaşayış məntəqələrinə edilən hücumlar müharibə cinayətidir

03 Noyabr 2020
Hərbçilərin və zərər görmüş mülki vətəndaşların kreditləri silinəcək

Gəncədə evi uçmuş vətəndaş.Foto:Mikroskop

“Yaxın zamanlarda beynəlxalq humanitar hüquqa zidd olaraq sərhəd bölgəsində və onun ətrafındakı yaşayış məntəqələrində davam edən, heç bir fərq qoyulmadan edilən hücumlardan narahatıq”.

Bunları BMT-nin insan haqları komissarı Mişel Baçelet Dağlıq Qarabağ münaqişəsi zonasına və onun kənarındakı yaşayış məntəqələrinə atılan mərmi hücumları barədə deyib. 

Noyabrın 2-də yayılan bəyanatda komissar hər iki tərəfə xəbərdarlıq edib ki, belə hücumlar beynəlxalq qanunlara uyğun olaraq “hərbi cinayətlər” sayıla bilər.

“Ermənistanı və Azərbaycanı bu raketlərdən istifadəni dayandırmağa, Kaset Bombaları üzrə Konvensiyanı ratifikasiya etmiş 100-dən artıq ölkəyə qoşulmağa çağırıram”

BMT komissarı bildirib.

BMT-nin insan hüquqları rəhbəri ən böyük insan itkisinin 28 oktyabrda baş verdiyini bildirib:

Həmin gün aktiv döyüş əməliyyatları bölgəsindən təxminən 30 km uzaqlıqda olan Bərdə şəhərində 21 nəfərin həlak olub, 70 nəfər yaralanıb”.

Baçelet vurğulayıb ki, Azərbaycan hökuməti sentyabrdan davam edən hərbi əməliyyatlar nəticəsində öz nəzarətindəki ərazilərdə ən azı 91 mülki şəxsin öldüyünü, Ermənistan hökuməti isə Dağlıq Qarabağ münaqişəsi zonasında 45 nəfərin, Ermənistan sərhədləri daxilində isə 2 nəfərin öldüyünü deyir.

Komissarın rəhbərlik etdiyi BMT İnsan Hüquqları Bürosu yuxarıdakı rəqəmləri müstəqil şəkildə təsdiqləyə bilməyib.

İnsan haqları müdafiəçisi müharibə cinayətlərinin törədildiyini göstərən videoyazılardan da ciddi narahat olduğunu və sosial mediada saxta şəkillərin yayıldığını deyib. O, azərbaycanlı hərbçilərin guya erməni əsirləri qətlə yetirdiyi iddia olunan görüntüləri misal çəkib. Lakin Azərbaycanın müdafiə nazirliyi həmin videoların saxta olduğunu bəyan edib.

Nə baş verib: Sentyabrın 27-də səhər saat 6-dan Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətlərində atəşkəs pozulub. Azərbaycan bu müddət ərzində 4 rayon və 160-dan çox kəndi işğaldan azad etdiyini bəyan edib. Tərəflər arasında 3 dəfə humanitar atəşkəs razılığı imzalansa da, cəbhənin müxtəlif istiqamətlərində döyüşlərin davam etdiyi deyilib.Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia