Erməni-Amerikan rok qrupu “System Of A Down” Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş və Ermənistana dəstək ifadə edən 2 kompozisiya yayımlayıb. Bu, qrupun son 15 ildə ilk çıxışıdır. Qrup “Protect The Land” (“Vətəni qoru”) və “Genocidal Humanoidz” (“Soyqırımçı humanoidlər”) adlanan kompozisiyaların Qarabağda və Ermənistandakı “mülki əhaliyə qarşı baş vermiş dəhşətli müharibəyə” həsr edildiyini açıqlayıb.
Biz torpaqlarımızı, mədəniyyətimizi və xalqımızı qorumaq üçün buradayıq. İndi buna göz yummağın vaxtı deyil”
qrupun açıqlamasında deyilir.
Erməni mənşəli 4 nəfərdən ibarət qrup Azərbaycan və Türkiyəni Suriyadan gələn muzdluların dəstəyi ilə Qarabağa hücum etməkdə və hər iki ölkəni Ermənistanın və Qondarma Dağlıq Qarabağın əhalisinə soyqırım cəhdində ittiham ediblər.
Treklərin satışından əldə olunan gəlir Ermənistan Fonduna və müharibədən zərər görmüş şəxslərə yardım edən Amerikan xeyriyyə təşkilatına xərclənəcək.
Nə baş verib: Dağlıq Qarabağdakı vəziyyət sentyabrın 27-dən gərginləşib. O vaxtdan bəri, Ermənistan və Azərbaycan bir-birlərini təxribatlarda, orduya muzdluları cəlb etməkdə və 3 dəfə imzalanan atəşkəsi pozmaqda ittiham edirlər.