Çərşənbə axşamı, 13 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bərdəyə mərmi düşməsi nəticəsində bir nəfər həlak olub

07 Noyabr 2020
İki beynəlxalq təşkilat Azərbaycana qadağan olunmuş raket atıldığını təsdiqləyib

Raket hücumundan sonra Bərdə.Foto:Qavriil Qriqorov.Foto:TASS

Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə edilən hücumlar nəticəsində həlak olanların sayı 93-ə çatıb.

Baş Prokurorluğun məlumatına görə, noyabrın 7-də Ermənistan  SQ tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Şahmalı Rəhimov həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

27-dən hazırkı vaxtadək Ermənistan SQ yaşayış məntəqələrini atəşə tutması nəticəsində 405 mülki şəxs yaralanıb, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur. 

Atəşkəs pozulandan mülki əhaliyə edilən hücumlar nəticəsində: 

▪ Gəncədə 26 nəfər həlak olub, 142 nəfər yaralanıb;

▪ Goranboyda 3 nəfər həlak olub, 10 nəfər yaralanıb;

▪ Naftalanın Qaşaltı-Qaraqoyunlu kənd sakinin evinə top mərmisinin düşməsi nəticəsində ailənin 5 üzvü həlak olub, 1 nəfər yaralanıb.

▪ Tərtərdə 17 nəfər həlak olub, 56 nəfər yaralanıb;

▪ Bərdədə 29 nəfər həlak olub, 95 nəfər yaralanıb;

▪ Beyləqanda 2 nəfər həlak olub, 2 nəfər yaralanıb;

▪ Ağcabədidə 1 nəfər ölüb, 19 nəfər yaralanıb;

▪ Füzulidə 3 nəfər həlak olub, 17 nəfər yaralanıb;

▪ Ağdamda 7 nəfər həlak olub, 40 nəfər yaralanıb;

▪ Mingəçevirdə 5 nəfər yaralanıb;

▪ Daşkəsəndə 1 nəfər yaralanıb;

▪ Qəbələ rayonunda 1 nəfər yaralanıb.

Nə baş verib: Sentyabrın 27-də səhər saatlarından Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətlərində atəşkəs pozulub. Azərbaycan bu müddət ərzində 4 rayon və 180-ə yaxın kəndi işğaldan azad etdiyini bəyan edib. Tərəflər arasında 3 dəfə humanitar atəşkəs razılığı imzalansa da, cəbhənin müxtəlif istiqamətlərində döyüşlərin davam etdiyi deyilib. Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia