Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstan Rusiya hərbi təyyarələri üçün hava məkanını açıb

11 Noyabr 2020
Gürcüstan Rusiya hərbi təyyarələri üçün hava məkanını açıb

Foto-skrinşot: Flyradar

Gürcüstan Rusiya hərbi hava qüvvələrinin təyyarələri üçün hava məkanını açıb. Bu barədə SOVA təyyarə uçuşlarını izləyən “Flightradar24” resursunun məlumatlarını analiz edəndən sonra məlumat yayıb.

Göründüyü kimi, uçuşlar Dağlıq Qarabağdakı sülhməramlı missiyanın bir hissəsi kimi həyata keçirilib. Noyabrın 10-u və 11-də Gürcüstan səmasında Rusiyadan Ermənistana gedən və geri dönən ağır hərbi nəqliyyat olan İL-76 qeydə alınıb”

məlumatda deyilir.

Xəbərdə deyilir ki, uçuşların biri Rusiya hərbi hava qüvvələrinin strateji aviasiya bazasının yerləşdiyi Mozdokdan həyata keçirilib. Digər bir uçuş isə “Şərq” (“Восточный”) hava limanının bazasında 235-ci hərbi-nəqliyyat aviasiya alayının yerləşdiyi Ulyanovskdan baş tutub.

Rusiya mətbuatı yazır ki, təkcə noyabrın 10-da sülhməramlıları daşıyan ən azı 6 təyyarə Ulyanovskdan qalxıb.

Qarabağ müharibəsinin aktiv mərhələsində Gürcüstan hakimiyyəti hər hansı bir ölkədən Ermənistana və ya Azərbaycana hərbi yüklərin daşınması üçün hava məkanının bağlandığını elan etmişdi.

2011-ci ildən bəri Ermənistanın Gümrü şəhərindəki Rusiya bazası üçün hərbi yüklərin tranzitinə qoyulan qadağa hələ də qüvvədədir.

Nə baş verib: Noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan rəhbıərləri Qarabağda bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanat imzalayıblar. elan olunur. Bəyanata əsasən, Qarabağla Ermənistanı birləşdirən dəhliz boyunca Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia