Bazar ertəsi, 28 Dekabr 2020
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi qanunvericiliyə nə qədər ziddir?

11 Noyabr 2020
Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi qanunvericiliyə nə qədər ziddir?

Rusiya sülhməramlıları Dağlıq Qarabağda.Foto:Reuters

Noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan prezidentləri bəyanata qol çəkiblər. Həmin bəyanatda döyüşün və Qarabağdakı bütün hərbi əməliyyatların tamamilə dayandırılması nəzərdə tutulub. 

Bəyanata əsasən, Azərbaycan və Ermənistan tutduqları mövqelərdə qalırlar.

Bəyanatda daha nə deyilir? 

Tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Hər iki ölkənin təmas xətti və Qarabağla Ermənistanı birləşdirən dəhliz boyu ən azı 5 il müddətinə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilir.

Bəzi yerli siyasətçilər hesab edirlər ki, təmas xəttinə Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsi  Azərbaycan Konstitusiyasına ziddir. 

Konstitusiyada bu barədə nə deyilir? 

Konstitusiyanın 11-ci maddəsinin 3-cü bəndində deyilir ki:

Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz; 

Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; 

Yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

Milli Təhlükəsizlik konsepsiyasında bu barədə nə deyilir?

Milli Təhlükəsizlik Konsepsiyası  4.2: 

  • Azərbaycan Silahlı Qüvvələri ölkənin müdafiə qabiliyyətinin əsasını təşkil edir; 
  • Azərbaycanın müdafiə siyasəti milli resurslara və mövcud təhlükəsizlik vəziyyətinə əsaslanan, demokratik nəzarət altında olan müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə və saxlanmasına əsaslanır; 
  • Ölkə ərazisinin və onun vətəndaşlarının tam müdafiəsi Konstitusiyanın tələbidir ki, bu da bütün vasitələrlə təmin olunmalıdır,

Nə baş verib: Sentyabrın 27-dən Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs pozulub. Bu müddətdə Azərbaycan 200-dən çox kəndi, Şuşanı və daha 4 şəhəri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlını azad etdiyini açıqlayıb.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia