Cümə axşamı, 23 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycana gətirilən Rusiya sülhməramlılarının xərclərini kim qarşılayacaq? İzah edirik!

13 Noyabr 2020
Azərbaycana gətirilən Rusiya sülhməramlılarının xərclərini kim qarşılayacaq? İzah edirik!

Rusiya Müdafiə Nazirliyinin sülhməramlıların Dağlıq Qarabağa yola düşmək üçün hazırlığından yaydığı foto Mənbə: Rusiya Müdafiə Nazirliyi/AP

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya ölkə başçıları birgə bəyanat imzalayıb və bununla da atəşkəs bərpa olunub. Bəyanatda  eyni zamanda Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi də öz əksini tapıb. Elə sənədin imzalandığı gecə Rusiya sülhməramlıları Qarabağa getmək üçün yola düşüb.

Rusiya sülhməramlıları barədə nələr məlumdur? Azərbaycana neçə sülhməramlı gətirilib? Onların xərclərini hansı ölkə qarşılayacaq? Kontingent il ərzində neçə dəfə dəyişəcək? 

Mikroskop Media bu sualların cavabını tapmağa çalışıb. 

1

Rusiya sülhməramlıları barədə nələr bəllidir?

Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq bütün dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh ölkələrdən biridir. Bu ölkənin sülhməramlı birləşmələri 15 il əvvəl BMT-nin himayəsi altında yaradılıb. Rusiya qoşunları prezidentin qərarına əsasən və MDB, BMT, ATƏT, NATO-Rusiya Şurasının və lazım olduqda Şanxay Əməkdaşlıq Təşkilatının maraqlarına uyğun olaraq sülhməramlı kontingentlərə ayrıla bilər.

Bununla yanaşı, Rusiya BMT missiyalarına da hərbi müşahidəçilər göndərir və bu qurumda ən çox hərbi müşahidəçisi olan ilk 10 ölkədən biridir. Hazırda bu ölkənin sülhməramlı kontingenti Yaxın Şərq, Qərbi Saxara, Konqo Demokratik Respublikası, Fildişi Sahili, Liberiya və Sudanda xidmət edir.

2

Azərbaycana neçə sülhməramlı gətirilib?

Azərbaycana gətirilən Rusiya sülhməramlı qüvvələrinin tərkibi bəyanatda da öz əksini tapıb. Onlar 1960 atıcı, 90 zirehli personal daşıyıcı, 380 maşın və digər texnikadan ibarətdir.

3

Sülhməramlıların xərclərini hansı ölkə ödəyəcək?

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda yerləşdirilən sülhməramlıların maliyyə dəstəyi ilə bağlı hökumətə tapşırıq verib.

Tapşırığa əsasən:

  • Sülhməramlı kontingentin öz fəaliyyətini gerçəkləşdirməsi ilə əlaqədar bu kontingentdən olan hərbi qulluqçuların maddi təminatı təşkil olunacaq;
  • Onların ailə üzvlərinə əlavə zəmanətlər təqdim edilməklə müəyyən olunmuş qaydada maliyyə xərcləri təmin ediləcək .
4

Kontingent il ərzində neçə dəfə dəyişəcək?

Qərara əsasən, rusiyalı sülhməramlı kontingenti ildə ən azı 2 dəfə dəyişdirilməlidir.  Hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

5

Sülhməramlılar hansı dilləri bilməlidir?

Sülhməramlılar bir qayda olaraq ingilis dilini bilməlidirlər. Bəzən isə fransız dili də əlavə dil kimi tələb oluna bilər. Sülhməramlılara yerli əhaliyə hörmətlə yanaşmaq və Cenevrədə təsdiqlənmiş müasir müharibə qanunlarına əməl etmək barədə təlimlər keçirilir. Bu təlimləri “Qırmızı Xaç” və  digər beynəlxalq təşkilatların nümayəndələri həyata keçirir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia