Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qarabağ yürüşündə saxlanılanlardan 21 nəfər ev dustaqlığına buraxılıb

16 Noyabr 2020
İşçi Qrup tələb edir ki, Qarabağ yürüşünə görə saxlanılanların hüquqları təmin edilsin

15 iyul, Bakıda orduya dəstək yürüşü. Foto: Ramin Deko

Bu il iyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək məqsədilə baş tutan yürüşdən sonra həbs olunanlardan 21-i ev dustaqlığına buraxılıb.

Bu barədə vəkil Asabəli Mustafayev məlumat yayıb. Vəkil bildirib ki, noyabrın 16-da Səbail rayon məhkəməsi prokurorluğun vəsatəti əsasında saxlanılan 36 nəfərdən 21-i barəsindəki həbs-qətimkan tədbiri qərarını dəyişib.

Ev dustaqlığına buraxılanların 12-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. Onların arasında partiyanın Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də var.

Partiyanın sərbəst buraxılan digər üzvləri:

1. Baba Süleymanov

2.Ceyhun Novruzov

3.Ismayıl Həsənov

4.Müşviq Quliyev

5.Telman Seyfullayev

6.Məhəbbət Nağıyev

7. Seymur Əhmədov

Başqa kimlər ev dustaqlığına buraxılıb: 

  • Naxçıvan MR daxili işlər nazirinin sabiq müavini Səyavuş Mustafayev
  • Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov
  • “Müsəlman Birliyi” Hərəkatının iki üzvü Kamil Mahmudov 
  • “Müsəlman Birliyi” Hərəkatının iki üzvü Tural Vəliyev  

Nə baş verib: İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər baş tutub. Nəticədə Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, daha 11 hərbi qulluqçu və 1 mülki şəxs həlak olub.

Döyüşlərdən sonra iyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək məqsədilə yürüş keçirilib.

Bir qrup şəxs Milli Məclisin binasına daxil olandan sonra polis aksiyanı dağıdıb, iştirakçılarla polis arasında toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı bədən xəsarətləri alıb, xidməti avtomobillərə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan dəyib.

Baş Prokurorluğun İstintaq İdarəsi özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması və xəstəlik yaymaq ittihamları ilə istintaq başladıb. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia