Çərşənbə, 30 Dekabr 2020
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

Döyüşlərdə həlak olanların sayının açıqlanması İlham Əliyevin nəzarəti altındadır

17 Noyabr 2020
Döyüşlərdə həlak olanların sayının açıqlanması İlham Əliyevin nəzarəti altındadır

Azərbaycan silahlı qüvvələri. Foto:mod.gov.az

Bu il sentyabrın 27-dən Azərbaycan və Ermənistan arasında döyüşlər başladı. Nə döyüşlər gedən dövrdə, nə də döyüşlərdən sonra keçən 7 gün ərzində Azərbaycan tərəfi itkilərin sayını açıqlamayıb.

Dövlət rəsmiləri döyüşlər gedən vaxt itkilərin sayının açıqlanmamasını ruh düşkünlüyü yaratmaması ilə əsaslandırırdılar. Bəs müharibə bitəndən sonra itkilərin sayı barədə ictimaiyyətə niyə məlumat verilmir? Mikroskop bunun cavabını Müdafiə Nazirliyindən öyrənməyə çalışıb.

MN mətbuat katibi Anar Eyvazov deyib ki, bu məsələ birbaşa prezident İlham Əliyevin nəzarəti altındadır.

MN mətbuat katibi Anar Eyvazov: 

Azərbaycanla Ermənistanın itkisi müqayisə olunmazdır və Ermənistanın itkisi həddindən artıq çoxdur. Bu məsələ birbaşa prezidentin nəzarəti altındadır. Hazırda dəqiqləşdirmə aparılır, ictimaiyyətə cavab veriləcək.

MN mətbuat katibi Vaqif Dərgahlı:

Ali baş komandan dedi ki, müharibədən sonra itkilərlə bağlı məlumat veriləcək. Səsləndiriləndə bilinəcək. 

Ermənistan tərəfi hərbi itkiləri barədə nə deyir?

Ermənistan tərəfi Azərbaycandan fərqli olaraq hərbi itkilərlə bağlı təxmini rəqəmləri açıqlayıb. Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, döyüşlərdə azı 2 300 erməni hərbçisi həlak olub. Nazirliyin mətbuat katibi Alina Nikoğosyan bildirib ki, meyitləri Azərbaycanın nəzarətindəki ərazilərdə qalan hərbçilər bu siyahıyada yer almır və onların ümumi sayı bəlli deyil.

Paşinyan nə deyir?

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Qarabağda itkin düşən yüzlərlə əsgər var.

2400-dən çox itkimiz var. Qarabağ müdafiə ordusu əvvəlki statusuna sahib olacaq, onu daha da gücləndirəcəyik. Bəyanatdakı müddəaları dəyişə bilmərik. Qarabağdakı uğursuzluğa görə məsuliyyət mənim üzərimdədir”.

Putin hər 2 tərəfin itkiləri barədə danışıb

Rusiya prezidenti Vladimir Putin oktyabrın 22-də açıqlayıb ki, onlarda olan məlumata görə, münaqişə başlayandan hər iki tərəf ümumilikdə 5000-ə yaxın itki verib. 

Ölən mülki şəxslərlə bağlı isə vəziyyət fərqlidir

Döyüşlərin davam etdiyi 44 gün ərzində Azərbaycan və Ermənistan tərəfi mülki şəxslər arasında ölən və yaralananların sayı barədə mütəmadi məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, atəşkəs pozulandan bəri 94 mülki şəxs öldürülüb, 414 mülki şəxs yaralanıb.Ermənistan rəsmilərinin məlumatına görə isə həmin müddət ərzində Dağlıq Qarabağda 49 mülki şəxs həlak olub, 157-si isə yaralanıb.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia