Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Fransa senatı Qarabağın müstəqilliyini tanıyan qətnaməyə baxacaq

19 Noyabr 2020
Fransa senatı Qarabağın müstəqilliyini tanıyan qətnaməyə baxacaq

Xankəndi.Foto:CNN

Fransa senatı Parisi Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağıran qətnaməyə baxacaq. Sözügedən sənəd noyabrın 18-də parlamentin saytında yerləşdirilib.

Qətnamənin müəlliflərindən biri senator Bruno Retayonun “Twitter”-də bildirib ki, layihə noyabrın 25-də nəzərdən keçiriləcək.

Nə baş verib: Rəsmi Paris sentyabrın 27-də Dağlıq Qarabağda başlamış münaqişədə Yerevanı dəstəkləyib. Münaqişə başa çatdıqdan sonra da Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyan ilə söhbəti zamanı Ermənistana və onun xalqına olan dostluq hislərini ifadə edib.

Senatın qərarı nə deməkdir: Fransa senatının, yəni parlamentin yuxarı palatasının qərarları tövsiyə xarakteri daşıyır və icra orqanları onlara riayət etmək məcburiyyətində deyil.

Qondarma Dağlıq Qarabağ Respublikası nədir: 1992-ci ilin yanvarında rəsmən “müstəqillik” elan edib. Lakin Ermənistan da daxil olmaqla, BMT-ə üzv olan heç bir ölkə tərərfindən müstəqilliyi tanınmayıb. Dağlıq Qarabağ BMT də daxil olmaqla, bütün dünya dövlətləri Azərbaycanın ərazisi olaraq tanınır. 

Dağlıq Qarabağın “müstəqilliyini” kim tanıyıb: 

BMT üzvü olmayan Abxaziya, Cənubi Osetiya və Dnestryanı tərəfindən tanınır.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia