Cümə, 13 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Müharibə ekologiyaya necə zərər vurur? İzah edirik!

20 Noyabr 2020
Müharibə ekologiyaya necə zərər vurur? İzah edirik!

Gəncə şəhərində raket düşmüş ərazidəki dağıntı.Foto: Mikroskop

Müharibələrin dağıdıcı təsiri təkcə insanlara qarşı yönəlmir eyni zamanda həmin insanların və digər canlıların məskunlaşdığı təbiət, ətraf mühit üçün də ciddi təhdiddir.   

Dünyanın təxminən 6%-ni hərbi bazalar, obyektlər əhatə edir. Bu obyektlərin istifadə etdiyi kimyəvi dərman və silahlar təbii həyatla yanaşı, istifadə etdiyi yüksək enerji, hərbi nəqliyyat vasitələri ilə ekologiyaya da zərər verir.

Hərbi texnika, partlayıcı maddələr və silahlar da meşələrin qırılmasına və yaşayış sahələrinin məhv edilməsinə səbəb olur. Məsələn, Vyetnam müharibəsində  bombardmanlar nəticəsində 2 milyon hektar ərazi məhv edilib. Kambocada vətəndaş müharibəsi nəticəsində meşələrin 35% -i məhv edilib. Atom bombasının yaratdığı radiasiya insanlarda və heyvanlarda genetik mutasiyaya səbəb olub.

Müharibənin ətraf mühitə təsiri necə qruplaşdırılır? 

1

Bioloji, kimyəvi və nüvə silahları

Bu silahların sınanması, istifadəsi və daşınması təbiətə ciddi dağıdıcı təsir göstərir. Bu silahlar torpaq və su üzərində qalıcı təsirlər qoyaraq gələcək nəsillərin sağlamlığına birbaşa təsir göstərir.

2

Yaşayış mühitinin məhv edilməsi 

Bu, yaşayış sahələrinin kimyəvi, bioloji və nüvə silahlarının istifadəsi ilə məhv edilməsidir. Bunun ən tanınmış nümunəsi, Vyetnam müharibəsi zamanı “Agent Orange” adlı herbisidin istifadəsidir. ABŞ bu herbisidləri partizan əsgərləri gizlədən bataqlıqlara və meşələrə püskürürdü. Bu zaman istifadə edilən 20 milyon galon herbisid 4,5 milyon hektar kənd ərazisini məhv edib. Herbisid insanlarda və məməlilərdə əzələ və sümük xəstəlikləri və anadangəlmə anomaliyalar kimi təsirlər göstərir.

3

Qaçqınlar

Müharibə insanların kütləviləşməsinə, yeni yaşayış yerlərinin axtarılmasına səbəb olur ki, bu axtarış nəticəsində ekoloji fəlakətlər baş verir. İnsanlar yeni yerlərə yerləşməli olduqda, meşələrin qırılması, nəzarətsiz ov, torpaq və suyun insan tullantıları ilə çirklənməsi kimi ekoloji problemlər meydana gəlir. 

4

İnvaziv, yəni istilaçı növlər 

Hərbi gəmilər, yük təyyarələri və yük maşınları silah-sursatdan daha çox şey daşıyırlar. Bunlara yerli olmayan bitki və heyvanlar daxildir. Yeni gələnlər arasında invaziv növlər ola bilər ki, bu da yerli növləri məhv edə bilər.

5

İnfrastrukturun çöküşü

Yollar, körpülər, su təchizatı və çirkab sularının atılması kimi infrastrukturlar  müharibənin hədəfləri arasındadır. Təbii mühitin bir hissəsini təşkil etsələr də, müharibə və terror hücumları zamanı çirkab su təmizləyici qurğunun dağıdılması suyun və torpağın keyfiyyətinə təsir göstərir. Misal üçün, 1990-cı ildə Xorvatiyada kimyəvi istehsal müəssisələri bombalandı. Nəticədə kimyəvi tullantılar su və torpaqla qarışıb təbiəti məhv etdi.

6

İstehsalın artması

Müharibədən təsirlənmiş sahələr də daxil olmaqla, müharibə sənayesində istehsalın artması təbii mühitə zərər verir.

7

Brakonyerlik 

Müharibədə əsgərləri qidalandırmaq ehtiyacı brakonyerliyə sövq edən bir amildir. Məsələn, Sudandakı müharibə əsgərlər və mülki şəxslər üçün ət axtarışında olan brakonyerlər bu bölgədəki heyvan populyasiyasının azalmasına səbəb oldu.

Beynəlxalq sənədlər müharibənin  ekologiyaya təsiri barədə nə deyir?

Birləşmiş Millətlər Təşkilatının Konvensiyaları müharibə taktikası olaraq təbiətə zərər vurmağı qadağan edir.

BMT qətnamələrində təbiətin bəşəriyyətin ortaq dəyəri və mirası olduğuna işarə edilir. Qurumun Ətraf Dəyişiklik Konvensiyası qarşıdurmalarda bitki və ağacları susuzlaşdırmaq üçün istifadə edilən herbisidlərin istifadəsini qadağan edər.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia