Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan Ermənistanın keçmiş nazirini axtarışa verib

23 Noyabr 2020
Azərbaycan Ermənistanın keçmiş nazirini axtarışa verib

Seyran Ohanyan.Foto: Sputnik/Asatur Yesayants

Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış qərarı verib. 

Baş Prokurorluğunun noyabrın 23-də yaydığı məlumatda deyilir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.

Prokurorluq Ohanyanla bağlı beynəlxalq axtarış elan olunması üçün İnterpola müraciət edəcək. 

S.Ohanyan barəsində başlanmış cinayət işinin istintaqı Hərbi Prokurorluqda aparılır və onun barəsində həbs-qətimkan tədbiri seçilib. 

Nədə ittiham olunur: S.Ohanyan 1992-ci il fevralın 26-da Xocalıda baş verən hadisələrin təşkilində ittiham olunur.

Hansı maddə ilə: Keçmiş nazir Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə ittiham olunur. Bu maddə 14 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Xocalıda nə baş verib: 1992-ci il fevralında 25-dən 26-a keçən gecə Ermənistan SQ ilə Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

İşğal nəticəsində 63-ü uşaq olmaqla, 613 nəfər qətlə yetirilib,150 nəfər isə itkin düşüb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia