Bazar, 10 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Polietilen torbalar satışını qadağan edən layihə 2-ci oxunuşdan keçib

24 Noyabr 2020
Polietilen torbalar satışını qadağan edən layihə 2-ci oxunuşdan keçib

Polietilen torba daşıyan alıcı.Foto: Reuters/Djina Mun

Milli Məclis noyabrın 24-də  “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə dəyişikliyi ikinci oxunuşda müzakirəyə çıxarıb.

Dəyişiklikdə aşağıdakı əşyaların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir: 

  • Qalınlığı 15 mikrona qədər olan polietilen torbalar
  • Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanlar.

Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif olunur.

Hər iki dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Qadağanı pozanları hansı cəza gözləyir?

Plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcək.

Həmçinin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimə ediləcək.

Dünyada neçə ölkə polietilen torbaları qadağan edir?

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, dünyanın 69 ölkəsi polietilen torbaları tam və ya qismən qadağan edib.

Plastik torba qadağaları xüsusi ilə Afrikada məşhur olsa da, olsa da, polietilen torba istifadəsini məhdudlaşdırmaq üçün vergi almağı seçən 32 ölkənin əksəriyyəti Avropada yerləşir.

“Earth policy” institunun məlumatına görə, hər il dünyada təxminən bir trilyon polietilen torba istifadə olunur. Bu da hər dəqiqədə təxminən 2 milyon torba deməkdir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia