Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Svetlana Tixanovskaya BBC-nin ən nüfuzlu 100 qadın siyahısına düşüb

24 Noyabr 2020
Svetlana Tixanovskaya BBC-nin ən nüfuzlu 100 qadın siyahısına düşüb

Svetlana Tixanovskaya.Foto:AP/ Key Nitfeld

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya BBC-nin tərtib etdiyi 2020-ci ilin ən nüfuzlu 100 qadını siyahısına daxil edilib. Onun adı layihənin “Liderlik” kateqoriyasında qeyd olunub.

BBC Tixanovskayanın 2020-ci ildəki fəaliyyətini belə təsvir edib:

Svetlana Tixanovskaya – milli demokratik hərəkata rəhbərlik etdiyi Belarusda prezidentliyə keçmiş namizəddir. 2020-ci ilin avqustunda pezident Aleksandr Lukaşenko seçkilərdə böyük üstünlük qazandığını elan etdi. Bu, səslərin saxtalaşdırıldığı ilə bağlı çoxsaylı ittihamlar fonunda ölkədə etirazlara səbəb oldu. Seçkidən qısa müddət sonra uşaqlarının təhlükəsizliyindən qorxan Svetlana Belarusdan Litvaya qaçdı və demokratik hərəkata rəhbərliyi sürgündə davam etdirir”.

Bu il BBC ilham verən və dəyişikliyə təşəbbüs göstərənləri ilin ən nüfuzlu 100 qadını siyahısında namizəd kimi göstərib. Onların arasında Finlandiyanın Baş naziri Sanna Marin və Oxford Universitetində koronavirusa qarşı peyvənd hazırlamaq üçün araşdırmalar aparan Sarah Qilbert də var.

Koronavirus pandemiyası zamanı həyatını başqaları üçün qurban verənlərə ithafən ən nüfuzlu 100 qadın siyahısındakı bir sətir boş buraxılıb. 

100 qadın layihəsi nədir:

BBC-ə məxsus bu layihədə hər il bütün dünyadan ilhamverici və nüfuzlu qadınların siyahısı dərc edilir. Layihə 60-dan çox ölkədən 15-94 yaşlı qadınları əhatə edir.

İndiyədək Azərbaycandan bu siyahıya kimlər düşüb:

2013: Firuzə Əliyeva – Azərbaycan Diplomatik Akademiyasının (ADA) bakalavr mərhələsinə tələbə qəbulu üzrə direktor müavini

2014: Səbinə Kurqunayeva – futbolçu

2014: Arzu Qeybulla – jurnalist

2016: Xədicə İsmayıl – jurnalist

2018: Reyhan Camalova – yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunun ixtiraçısı

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia