Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “TASS” xəbər agentliyinə müsahibə verib. Baş nazir müsahibədə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, qaçqınların bölgəyə qaytarılması üçün görülən tədbirlər, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandıqdan sonra ölkədəki daxili siyasi vəziyyətdən danışıb.
Mikroskop Media müsahibədən əsas çıxarışları təqdim edir:
Rusiya sülhməramlılarının 5 illik müddətə yerləşdirilməsi barədə
Beş illik müddət prosesin başlanğıcıdır, daha əvvəl dediyiniz kimi avtomatik yenilənmə ehtimalı var. Qarabağ münaqişəsi uzandığı üçün sülhməramlıların müddətinin beş il ilə məhdudlaşacağını düşünmürəm.
Hazırda əsas məsələ bölgədə sabitliyin təmin edilməsi və Dağlıq Qarabağ vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi olduğunu düşünürəm və ümid edirəm ki, rus sülhməramlıları bu missiyanı həyata keçirə biləcəklər.
Dağlıq Qarabağın statusu barədə
Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini bilirsiniz və əlbəttə ki, bizim mövqeyimiz dəyişməyib.
Sülhün bərpasında ATƏT-in Minsk qrupu həmsədrlərinin rolu barədə
Ermənistan danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində davam etməsi lazım olması ilə razılaşır. Müzakirə prosesi tamamilə bərpa olunmalıdır. Amma indi həll edilməsi lazım olan daha operativ məsələlər var – əsirlərin, saxlanılanların, cəsədlərinin tam mübadiləsi. Hazırda bu məsələlərə diqqət yetirməliyik.
Ermənistandakı etirazlar və Paşinyanın istefası tələbi barədə
Daxili siyasi gərginliyimiz var, amma həqiqət budur ki, müxalifət tərəfindən edilən çağırışlar erməni cəmiyyətində geniş təbliğ olunmayıb. Fakt budur ki, müxalifətin çağırışları erməni cəmiyyətindən dəstək almır.
Erkən parlament seçkiləri çağırışları barədə
İndi Ermənistan hökumətinin və bütün siyasi qüvvələrinin əsas vəzifəsi ölkədə sabitliyi və təhlükəsizliyi bərpa etmək olmalıdır. Mən təkcə daxili təhlükəsizliyi deyil, həm də xarici təhlükəsizliyi nəzərdə tuturam.
Etiraz əhval-ruhiyyəsinin 10 noyabr razılaşmasını pozmaq təhlükəsi barədə
Düşünmürəm ki, təhlükə olsun. Çünki Ermənistan cəmiyyəti bu sənədin imzalandığı vəziyyətdə bizim üçün daha yaxşı bir alternativin olmadığı ilə razılaşır. Yəni, fikrimcə, Ermənistan cəmiyyətində imzalanmış sənədin məhz bu anlayışıdır.
Ermənistanın itkiləri, ölənlərin, itkin düşənlərin sayı barədə
Biz ölənlərin sayını vaxtaşırı elan edirik. Təəssüf ki və ya xoşbəxtlikdən, bəzi şəxslərin ölüm xəbəri elan ediləndən sonra sağ olduqları ortaya çıxır. Bu məsələdə diqqətli olmaq çox vacibdir. Əlbətdə ki, heç nəyi gizlətməyəcəyik. bilmədilər. İndi bütün bu məsələlərə aydınlıq gətirmə prosesi gedir. Rəqəmlər 100% dəqiqləşməyənə qədər onları elan etmək səhv olar.
Qaçqınların yaşayış şəraitinin təmin edilməsi barədə
Artıq konkret qərarlar vermişik və bu qərarlar ehtiyacı olan insanlar üçün maddi dəstəkdən ibarətdir. Hər gün bu mövzu üzərində işləyirik və əminəm ki, vəziyyəti sabitləşdirə biləcəyik. Artıq 25 min Dağlıq Qarabağ sakini geri dönüb.
Qaçqınların Azərbaycanın nəzarətinə keçən ərazilərdəki evlərinə qayıtması barədə
Birgə bəyanatımız bu insanların evlərinə qayıtmasını təmin edir. Məhz bu nöqtədə xüsusi mexanizmlər və xüsusi təhlükəsizlik zəmanətləri yaradılmalı və bütün proses təmin edilməlidir. Bu proses danışıqlar prosesi üçün prioritet olmalıdır.
Birgə bəyanatın bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması barədə
Bu çox vacib bir məqamdır və düşünürəm ki, yaxın gələcəkdə buna diqqət yetirməliyik. Çünki təkcə Ermənistanda deyil, bütün bölgədə iqtisadi sabitləşmədən danışarkən konkret addımlar atmalıyıq. Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı mövcud olan siyasi razılaşma, bölgədəki iqtisadi inkişafın bütün məntiqinin dəyişdirilməsi üçün başlanğıc nöqtəsi ola bilər. Ümid edirəm ki, ortaq bəyanatda yer alan siyasi razılaşmaları həyata keçirə biləcəyik. Xüsusilə iqtisadi infrastrukturun, dəmir yollarının və s. blokdan çıxarılmasını nəzərdə tuturam.