Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İran nüvə aliminin qətlində İsraili və ABŞ-ı ittiham edir

28 Noyabr 2020
İran nüvə aliminin qətlində İsraili və ABŞ-ı ittiham edir

Möhsün Fəxrizadə qətlə yetirilib.Foto:Anadolu Agentliyi/Getty Images

İran prezidenti Həsən Ruhani İsraili ABŞ-ın “muzdlusu” rolunda ölkənin baş nüvə alimi, Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin qətlə yetiridiyini deyib.

İranın Ali Lideri Ayətullah Xamenei də alimin qətlinə görə intiqam çağırışı edib.

 Xamenei “Twitter”- də İran rəsmilərinin “bu cinayəti təqib etmək və günahkarları və əmr edənləri cəzalandırmaq” vəzifəsini üzərinə götürmələri lazım olduğunu yazıb.

İranın nüvə proqramının rəhbəri Əli-Əkbər Salehi noyabrın 28-də bildirib ki, Fəxrizadənin qətli nüvə proqramının inkişafına təsir göstərməyəcək.

Nə baş verib: M.Fəxrizadə noyabrın 27-də Tehran yaxınlığında avtomobilinə edilmiş hücum nəticəsində öldürülüb. Qərb Fəxrizadəni gizli nüvə silahı proqramının rəhbəri hesab edirdi. İran isə hər zaman nüvə proqramlarının yalnız dinc xarakter daşıdığını deyir.

İsrail İranın iddialarına reaksiya veribmi? İsrail alimin qətlinə hələki münasibət bildirməyib Son 10 ildə İranın qətlə yetirilmiş nüvə alimlərinin ölümündə İsraili ittiham edir. M.Fəxrizadə İsrailin Baş naziri Benyamin Netanyahunun 2018-ci ildə İranı nüvə silahı axtarmağa davam etməkdə ittiham etdiyi çıxışının mərkəzi fiquru idi.

Bu adı yadda saxlayın, Fəxrizadə”

Netanyahu demişdi.

ABŞ da alimin öldürülməsi ilə bağlı sorğulara cavab vermir: 

Fəxrizadənin öldürülməsi ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin İranla əməkdaşlığı bərpa etmək şansına təsir edə bilər. Bayden əvvəllər Donald Trampın 2018-ci ildə geri çəkdiyi İranla nüvə anlaşmasına yenidən qoşulmaq istədiyini bildirmişdi.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia