Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ANAMA: İşğaldan azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir

30 Noyabr 2020
ANAMA: İşğaldan azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir

Mina axaranlar.Foto:ANAMA

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) işğalından azad olunan ərazilərin 80-85 faizi təhlükəli olduğunu bildirir. 

Agentliyin Operativ Qərargah rəisi İdris İsmayılovun sözlərinə görə, insanların öz ata-baba yurdlarına qayıtması ilkin mərhələdə olacaq:

İkinci mərhələdə əkin yerləri təmizlənəcək, Daha sonra isə uzaq yerlər minalardan təmizlənəcək. 3-5 il ərzində insanların öz ata-baba yurdlarına qayıtması nəzərdə tutulur”.

Agentlik 26-29 noyabr tarixlərində cəbhəboyu ərazilərdə keçirilmiş əməliyyatlar barədə də məlumat yayıb.

Bu tarixlərdə agentliyə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə DİN-dən 49 FHN-dən 4 müraciət daxil olub.

Əməliyyat-axtarış tədbirləri zamanı aşkar olunanlar:

  • 19 ədəd partlamamış hərbi sursat
  • 48 ədəd tank əleyhinə mina
  • 59 ədəd piyada əleyhinə mina
  • 5 ədəd tank əleyhinə minanın partladıcısı
  • 42 ədəd partlamış mərmi qalıqları

Həmçinin, Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan təmizlənilməsi zamanı 76 ədəd tank əleyhinə mina, 118 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə minanın partladıcısı, 6 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.

Rusiyanın Müdafiə Nazirliyi minaların məhv edilməsi barədə nə deyir?

Rusiyanın MN məlumatında deyilir ki, sülhməramlıların mina axtaran qrupu Şuşa ətrafındakı avtomobil yolunun təxminən üç kilometrini təmizləyiblər.

Ümumilikdə, sülhməramlılar tərəfindən 24 hektardan çox ərazi və 8 kilometrdən çox yol təmizlənib, 750-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib”

Rusiya MN bildirir.

Nazirlik qeyd edir ki, noyabrın 29-da 100-dən çox partlayıcı sursat xüsusi poliqonda məhv edilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia