Bazar ertəsi, 20 Mart 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

COVID-19 peyvəndinin effektivliyi 90 və ya 95% -dir – bu nə deməkdir? İzah edirik!

30 Noyabr 2020
COVID-19 peyvəndinin effektivliyi 90 və ya 95% -dir – bu nə deməkdir? İzah edirik!

Covid-19 peyvəndi. Foto:Castin Tallis/AFP

COVID-19 virusu ilə bağlı indiyədək bir neçə potensial peyvənd sınaqdan keçirilib.

Avropa Birliyininin tənzimləyici orqanlarından olan Avropa Dərman Agentliyi oktyabrın 1-də açıqlamışdı ki, AstraZeneca və Oksford Universitetinin peyvəndi  üzrə məlumatları nəzərdən keçirməyə başlayıb.

Sözügedən dərmanın Avropada təsdiqlənəcək ilk effektiv COVID-19 peyvəndi olması şansını artırıb.

Hər gün koronavirus peyvəndlərinin effektivliyinin müxtəlif rəqəmləri ortaya çıxır, üstəlik bu daim dəyişir. Bu necə izah olunur?

1

Effektivlik nə deməkdir?

Peyvənd olunmuş insanlarda peyvənd olunmayanlara nisbətən xəstələnmə riskinin nə qədər azaldığının kəmiyyətidir.

2

Bu, peyvəndlənənlər arasında xəstələnməyənlərin nisbətidir?

Söhbət məhz riskin azaldılmasından gedir.

3

Effektivlik necə hesablanır?

Klinik araştırmalardan birində könüllüllər 2 qrupa bölünür: biri peyvənd, digəri plasebo.

Hər 2 qrupdakı xəstələrin ümumi sayı əvvəlcədən təyin olunmuş göstəriciyə çatdıqda, tədqiqatçılar ilkin analiz aparır və hər qrupda neçə xəstə olduğunu hesablayırlar. Xəstə olma riski, xəstələrin sayını qrupdakıların ümumi sayına bölməklə hesablanır. 

4

Plasebo effekti nədir?

Plasebo psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effektidir.

Boş dərmanların (plasebonun) müalicəvi effekti ənənəvi olaraq özünütəlqinlə izah edilir və hər üçüncü xəstəyə yüngüllük gətirir. 

5

95% 92% -dən yaxşıdırmı?

95% effektivlik 92% -dən daha yaxşıdır, lakin ölçmələr bu fərqlərin adi şans nəticəsi olmadığını söyləmək üçün yetərli deyil. Fərqli araşdırmalardakı, fərqli qruplardakı insanlar müxtəlif vaxtlarda xəstələnirlər və bunu proqnozlaşdırmaq olmur. Bunun üçün fərqli statistik metodlar mövcuddur – ilk növbədə bir etimad aralığı anlayışı: nəticələr eyni dəyərlər aralığına düşərsə, aralarındakı fərqin artıq əhəmiyyətli olmadığı düşünülür.

6

Oksford peyvəndinin 70% effektivliyi az qiymətləndirilə bilər?

Əslində mediada danışılan 70% demək olar ki, heç nəyi fadə etmir. AstraZeneca və Oxford Universitetinin peyvənd istehsalçıları eyni vaxtda ilk peyvəndləmədə fərqli dozada 2 peyvənd sınaqdan keçirdi.

Bir halda səmərəlilik 62%, digərində isə 90% idi. 70% iki nəticənin ortalamasıdır – arifmetik ortalama deyil, ağırlıqlı ortalamadır, çünki qruplar fərqli sayda insana sahibdir.

7

Belə çıxır ki, əldə edilən rəqəmlər heç nə ifadə etmir?

İfadə edir, bunlar yaxşı rəqəmlərdir və peyvəndlərin yaxşı işləyə biləcəyini göstərir – ancaq hansının tam olaraq daha yaxşı olduğunu demir. Hər halda, effektivlikdəki fərqlər, peyvənd istehsalın lazımi həcmdə yerləşmə sürətindən daha az əhəmiyyətlidir. Ən çox vacib olan faiz nisbətindəki fərq deyil.

8

Peyvənd qəbul edənlərin neçəsinin mütləq xəstələnməyəcəyini bilmək mümkündür?

Bu mümkün deyil – təkcə ona görə ki, könüllülər arasında ümumilikdə neçə yoluxma olacağı bilinmir – bunu proqnozlaşdırmaq mümkün deyil. Ancaq plasebo qrupundan bütün insanların xəstələnəcəyi düşünülsə, ki, bunun üçün ehtimal çox azdır, effektivlik aşılanan qrupda xəstələnməyənlərin nisbətinə tam bərabər olacaq. Əslində, peyvəndlənənlər arasında, sağlam insanların nisbəti, 90-95% -dən yüksək olacaq.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan