“Amnesty International” insan haqları təşkilatı Qarabağ müharibəsi zamanı əsirlərin başının kəsilməsini və meyitlərin təhqir olunmasını göstərən videolarının araşdırılmasını tələb edir.
Təşkilatın dekabrın 10-da yaydığı açıqlamada deyilir ki, 22 video təhlil edilib və həmin videolarda hərbi və digər əsirlərlə pis rəftar olunduğu görünür.
İki videoda azərbaycanlı əsgərlər tərəfindən başkəsmə, digərində isə azərbaycanlı sərhədçinin boğazının kəsilməsi və ölümü təsvir olunub.
Bu videolarda görünən əxlaqsızlıq, qeyri-insani davranış qurbanları alçalmaya məruz qoymaq məqsədi daşıyıb, beynəlxalq humanitar hüquq aydın şəkildə pozulub”
açıqlamada deyilir.
Təşkilat bildirir ki, videolar son 3 həftə ərzində şəxsi “Telegram” kanallarında yayılıb və Amnesty-nin Böhran Dəlili Laboratoriyası rəqəmsal texnikalardan yararlanaraq onların həqiqiliyini təsdiqləyib.
Qurum həm Azərbaycan, həm də Ermənistan hakimiyyətini dərhal müstəqil, qərəzsiz araşdırma aparmağa, məsuliyyət daşıyanları tapmağa çağırıb.
Tədqiq olunan videoların 11-də Ermənistan qüvvələrinin, 7-də isə Azərbaycan qüvvələrinin pozuntuya yol verdiyi görünür:
Videolarda azərbaycanlı əsgərin meyitinin qulağı kəsilir, əsgər meyiti ipə bağlanıb yerlə sürünür, meyitin üstünə çıxılır. Digər videolarda azərbaycanlı əsgərlər əlləri və gözləri bağlı erməni əsirləri vurur, Ermənistana qarşı bəyanatlar səsləndirməyə məcbur edilirlər”.
Təşkilat vurğulayır ki, beynəlxalq humanitar qanun müharibə əsirləri də daxil olmaqla saxlanılan şəxslərə qarşı zorakılıq, cəsədlərin təhqir olunması və propaqanda məqsədilə çəkilib yayılmasını qadağan edir.
Nə baş verib: Sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında ağır döyüşlər başladı və noyabrın 10-da atəşkəs razılaşmasının imzalanması ilə başa çatdı. Döyüşlər nəticəsində Azərbaycanın Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşa şəhərləri. 100-dən çox kənd işğaldan azad edilib. Noyabrın 10-da 3 tərəfli imzalanan sənədə əsasən Dağlıq Qarabağa ilkin mərhələdə 5 il müddətinə sülhməramlılar yerləşdirilib.