Çərşənbə axşamı, 15 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Meyitləri təhqir etməkdə ittiham olunan hərbçilər həbs edilib

14 Dekabr 2020
MN:Ermənistanın diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb. Qarşı tərəf nə deyir?

Azərbaycan silahlı qüvvələri.Foto:mod.gov.az

Həlak olan erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etməkdə ittiham edilən dörd azərbaycanlı hərbi qulluqçu həbs edilib.

Bu barədə Baş Prokurorluğun dekabrın 14-də yaydığı məlumatda deyilir.

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılan Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olan erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülən erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər təhlil edilərək öyrənilmiş, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb”

Prokurorluğun məlumatında qeyd olunub.

Hansı maddələrlə cinayət işi açılıb: Hərbi Prokurorluq həmin görüntülərlə bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başladıb:

  • 115.2-ci maddə – işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə
  • 245-ci maddə – qəbir və ya meyit üzərində təhqiredici hərəkət 

Kimlər saxlanılıb: Prokurorluğun məlumatına görə, kiçik gizirlər Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonunda erməni hərbçilərinin meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol verib. İstintaq onların bu hadisəni mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərməyinə dair əsaslı şübhələr müəyyən edib.

Saxlanılan daha iki şəxs isə əsgərlər Arzu Hüseynov və Ümid Ağayevdir. Onlar Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla onların üzərində təhqiredici hərəkətlərə yol verməkdə təqsirli bilinir. Həmin əsgərlərin də bunu videoqeydə alaraq yaymağına dair şübhələr müəyyənləşib.

Nə qərar verilib: Adları  çəkilən 4 hərbi qulluqçu təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Prokurorluq bildirib ki, hazırda sosial mediada yayılan digər videogörüntülərlə bağlı da araşdırma aparılır və nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia