Şənbə, 18 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ABŞ-ın Türkiyəyə elan etdiyi sanksiyalar barədə nələri bilməlisən?

15 Dekabr 2020
ABŞ-ın Türkiyəyə elan etdiyi sanksiyalar barədə nələri bilməlisən?

Rusiyanın S-400-ü.Foto:Maksim Şemetov/Reuters

Amerik Birləşmiş Ştatları Türkiyə hərbi sənayesinin rəhbərinə və daha 3 rəsmisinə sanksiyalar elan edib.

Dekabrın 14-də elan olunmuş sanksiyalar Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına cavab olaraq tətbiq edilib.

Bundan əvvəl ABŞ Türkiyəni Rusiyadan S-400 raket sistemləri aldığına görə F-35 qırıcı təyyarəsi proqramından xaric etmişdi.

ABŞ sanksiyaları necə əsaslandırır: ABŞ bunu S-400 raketlərinin NATO sisteminə uyğun olmadığı ilə əsaslandırır. ABŞ-ın dövlət katibi Mayk Pompeo S-400 raketlərinin ölkəsinin hərbi texnologiyası və heyəti üçün təhlükəli olduğunu deyib və Türkiyəni S-400 problemini dərhal həll etməyə çağırıb.

Türkiyə nə deyir: Türkiyə ABŞ-ın sanksiyalarını “pisləydiyini və rədd etdiyini” bildirib:

Türkiyə bu qərarın əleyhinə zəruri olan addımları atacaq və bu, münasibətlərimizə labüd təsir edəcək”.

Rəsmi Ankara ABŞ istehsalı olan “Patriot” raketlərini ala bilmədiyinə görə S-400 raketləri almağa məcbur olduğunu da bəyan edib.

Bu sanksiyalar Türkiyəyə necə təsir edə bilər: 

  • ABŞ-ın sanksiyaları Türkiyə müdafiə sənayesini ixrac lisenziyalarından və kreditlərdən məhrum edə bilər;
  • ABŞ-ın İxracat-İdxal Bankının Müdafiə Sənayesi Başçılığına verdiyi dəstəkdən məhrum edilə bilər;
  • Sanksiyalar tətbiq ediləcək məmurlar ABŞ-dakı vardövlətdən məhrum edilər bilər.

Azərbaycan nə deyir: Rəsmi Bakı ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi qərarını qınayan bəyanat verib. Azərbaycan bu addımı ikili standartların tətbiq edilməsi kimi qiymətləndirib:

Azərbaycan, hər zaman olduğu kimi, Türkiyənin yanındadır və onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir”. 

Rusiya nə deyir: Rəsmi Moskva sanksiya qərarını beynəlxalq hüquqa təkəbbürlü münasibətin təzahürü adlandırıb:

ABŞ-ın illərdir istifadə etdiyi qeyri-qanuni, birtərəfli məcburetmə tədbirlərinin göstəricisidir. Bu cür addımlar beynəlxalq arenada ABŞ-ın nüfuzunu artırmır”.

S-400 nədir: Rusiyanın Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir və 2007-ci ildən istehsal olunur. S-400 hazırda mövcud olan hava hücumundan müdafiə sistemləri arasında ən yaxşılardan biri hesab olunur.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia