Bazar, 25 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Human Rights Watch: Ermənistan Azərbaycana qarşı klastr bombalarından istifadə edib

15 Dekabr 2020
İki beynəlxalq təşkilat Azərbaycana qadağan olunmuş raket atıldığını təsdiqləyib

Raket hücumundan sonra Bərdə.Foto:Qavriil Qriqorov.Foto:TASS

Ermənistan və Dağlıq Qarabağdakı müttəfiq qüvvələr 6 həftəlik müharibə dövründə Azərbaycanda yaşayış məskənlərinə dəfələrlə klastr bombaları atıb. 

“Human Rights Watch” hüquq müdafiə təşkilatının dekabrın 15-də yaydığı məlumatda belə deyilir.

Təşkilat klastr bombalarından istifadəni müharibə qanunlarının pozulması kimi qiymətləndiirib.

HRW-un tədqiqatçıları bu ilin noyabrında Azərbaycana səfəri zamanı 3 rayona edilən 4 hücumu sənədləşdirib. Bu hücumlarda azı 7 dinc şəxs öldürülüb ki, onların ikisi uşaqdır, 20 nəfər isə yaralanıb. 

Təşkilat həmçinin bu ilin oktyabrında Bərdə şəhərinə klastr bombası ilə  edilən hücumda 21 mülki şəxsin öldürüldüyünü, 70 nəfərin isə yaralandığını sənədləşdirib. 

Klastr bombaları qəddar silahdır, beynəlxalq sazişlə qadağan olunub və onun istifadəsi dinc həyatı heçə saymaqdır. Həm Ermənistan, həm də Azərbaycan klastr bombalardan istifadə etməməklə bağlı dərhal öhdəlik götürməli, onları qadağan edən sazişə qoşulmalıdır”

təşkilatın məlumatında deyilir.

Azərbaycan da eyni bombadan istifadə edib: HRW Azərbaycanın da klastr bombalarından 4 dəfə istifadə etdiyini sənədləşdirib. Məlumatda deyilir ki, bu bombalardan üçü Xankəndinə, biri də Hadruta atılıb.

Həm Ermənistan, həm də Azərbaycan sözügendən bombalardan istifadə etmələri barədə ittihamları təkzib edirlər.

Klastr bombası nədir: Həm artilleriya, həm raket, həm minaatandan atıla, yaxud təyyarə ilə buraxıla bilən silah növüdür. Bu bombalar adətən havada açılır, böyük əraziyə çoxsaylı bombacıqlar yayır. Onların bəziləri toxunanda partlamaya və düşdüyü yerdə mina kimi qala bilir.

Nə baş verib: Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozuldu. 44 gün davam edən müharibə noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan bəyanatla başa çatıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia