Bazar, 27 Dekabr 2020
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

Vladimir Putin illik mətbuat konfransında Qarabağ barədə nə danışıb? Mətbuat konfransından çıxarışlar!

17 Dekabr 2020
Vladimir Putin illik mətbuat konfransında Qarabağ barədə nə danışıb? Mətbuat konfransından çıxarışlar!

Putinin illik mətbuat konfransından.Foto:gazeta.ru

Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də ənənəvi illik mətbuat konfransı keçirib. Mətbuat konfransı zamanı V.Putin həmçinin Rusiyanın Qarabağla bağlı mövqeyi, vəziyyətin xaricdən müdaxilə ilə nəzarətdən çıxması iddiaları, Qarabağın statusu, üçtərəfli razılaşmanın əsas nəticəsi, bölgədə Rusiya sülhməramlılarının sayının artırılması və digər məsələlərlə bağlı sualları cavablandırıb.  

Mikroskop Media mətbuat konfransından  Qarabağla bağlı çıxarışları təqdim edir:

Rusiyanın Qarabağla bağlı mövqeyi barədə

Rusiyanın mövqeyi həmişə belə olub: qan tökülmədən razılığa gəlməliyik. Rusiya, ABŞ və Fransanın həmsədr olduğu Minsk qrupundakı mövqeyimiz də belə formalaşıb.

Vəziyyətin xaricdən müdaxilə ilə nəzarətdən çıxması iddiaları barədə

Vəziyyət nəzarətdən çıxıb, bu gərginlik uzun illər boyu davam edib. Bunun xaricdən hansısa müdaxilə nəticəsində baş verdiyini düşünmürəm. Toqquşmalar, qarşılıqlı atışmalar və kiçik münaqişələr dəfələrlə olub. Nəticədə bu, müharibəyə çevrilib.

Qarabağın statusu barədə

Rusiya illər boyu belə bir mövqedən çıxış edib ki, Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalı, regionda status-kvo müəyyənləşdirilməlidir. Qarabağın statusu dəyişməz olaraq qalmalı və gələcəkdə həll olunmalıdır.

Üçtərəfli razılaşmanın əsas nəticəsi barədə

Hərbi əməliyyatların dayandırılmasına dair razılaşma çox vacibdir, çünki qan tökülməsini dayandırır – insanlar həyatlarını itirmir. Bu, son dərəcə vacib bir şeydir, qalan hər şey ikinci dərəcəlidır. İnsanların həyatını və sağlamlığını qorumaq, həll etdiyimiz ən vacib vəzifədir.

Bölgədə Rusiya sülhməramlılarının sayının artırılması barədə

Sülhməramlılarımızın sayının artırılması mümkündür, lakin bu, yalnız münaqişə tərəflərinin razılığı ilə həyata keçirilə bilər.

Türkiyənin mövqeyi barədə

Qarabağ məsələsində Türkiyənin mövqeyi bu ölkənin Azərbaycanın haqq işini müdafiə etməsinə əsaslanır. Ermənistan  özü də Qarabağın müstəqilliyini tanımayıb və beynəlxalq hüquq nöqteyi- nəzərindən bu, Azərbaycan ərazisidir.

Növbəti mərhələdə nəzərdə tutulanlar barədə

Növbəti mərhələdə regionda münasibətlər tam normallaşdırılmalı, iqtisadi və infrastruktur potensialı üzə çıxarılmalıdır. Bu, avtomobil yollarına və dəmir yollarına, Naxçıvana yola da aiddir.

Atəşkəsin pozulması barədə

Atəşkəs rejiminin pozulması məsələsinə gəldikdə, belə hadisə bir dəfə olub və ümidvaram ki, bu, yeganə hal kimi qalacaq.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia