Bazar ertəsi, 12 Aprel 2021
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

İşğaldan azad olunmuş ərazilərin bərpasına 2,2 milyard manat ayrılacaq

21 Dekabr 2020
İşğaldan azad olunmuş ərazilərin bərpasına 2,2 milyard manat ayrılacaq

İşğaldan azad olunmuş ağdam.Foto:Seymur Kazımov

Dekabrın 21-də 2021-ci il dövlət və icmal büdcənin layihələri Milli Məclisə təqdim olunub. Layihədə növbəti il təhsil, səhiyyə və sosial müdafiə və digər sahələrə ayrılacaq vəsaitin miqdarı əksini tapıb.

2021-ci il icmal büdcəsinin gəlirləri 23 828,1 mln. manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 6,6% çoxdur.

İcmal büdcənin xərcləri 31 163,4 mln. manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 2,8% çoxdur. 

Sosialyönlü xərclər

2021-ci ildə sosialyönlü xərclər 11 111,9 mln. manat məbləğində nəızərdə tutulub. Bu, 2020-ci illə müqayisədə 5,3% çoxdur.

Müdafiə xərcləri

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılmasına 4585,8 milyon manat ayrılacaq. Bu, 2020-ci illə müqayisədə 20,5% çoxdur.

İşğaldan azad olunmuş ərazilərin bərpasına ayrılacaq xərclər

2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə 2,2 milyard manat ayrılacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılacaq xərc

Məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı, həmçinin Komitə aparatının saxlanılması xərcləri üçün 1,5 milyon manat ayrılacaq.

Səhiyyə xərcləri

2021-ci ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1409,0 milyon manat vəsait ayrılacaq.

Təhsil xərcləri

2021-ci ilin dövlət büdcəsində təhsil xərcləri üçün 3 milyard 277 milyon 655 min 549,0 manat ayrılacaq.

Ünvanlı dövlət sosial yardımının maliyyə təminatına ayrılacaq məbləğ

Gələn ilin dövlət büdcəsindən ünvanlı dövlət sosial yardımının maliyyə təminatı üçün 257,7 milyon manat ayrılacaq.

Bu, 2020-ci illə müqayisədə 5,0% çoxdur.

QHT Şurasının xərcləri 

2021-ci ilin dövlət büdcəsindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 6,3 milyon manat ayrılacaq.

“AZAL” və “Bakı Metropoliteni”-ə ayrılacaq məbləğ

2021-ci ilin dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” QSC üçün 10 milyon manat, “Bakı Metropoliteni” QSC üçün 39,2 milyon manat ayrılacaq.

Nəqliyyat və rabitə xərcləri

2021-ci ilin dövlət büdcəsindən nəqliyyat və rabitə xərcləri üçün 208,7 milyon manat ayrılacaq.

Keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı xərcləri

Gələn ilin dövlət büdcəsindən Azərbaycanın keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı xərcləri üçün 343,4 min manat vəsait ayrılacaq.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia