Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Culian Assanc ABŞ-a ekstradisiya olunmayacaq!

04 Yanvar 2021
Culian Assancın əşyaları ABŞ-a göndərilir

Culian Assanc. Foto: Reuters / screenshot

Casusluqda və dövlət komputerlərinə müdaxilə etməkdə ittiham olunan Culian Assancın ABŞ-a ekstradisiyası barədə İngiltərə məhkəməsi qərarını açıqlayıb. Qərara görə, WikiLeaks-in təsisçisi, jurnalist C.Assanc mühakimə olunmaq üçün ABŞ-a göndərilməyəcək.

Bu barədə qərarı bölgə məhkəməsi hakimi Vanessa Baraitser Mərkəzi Cinayət Məhkəməsinə göndərib.

Culian Assanc kimdir: 49 yaşlı Culian Assanc minlərlə məxfi sənədin yayıldığı WikiLeaks-in əsasını qoyanlardan biridir. Ona qarşı iddialar Əfqanıstan və İraqdakı müharibələrlə bağlı 2010-11-ci illərə aid məxfi sənədlərin yayılmasından sonra irəli sürülüb. Assanc 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınıb və 2019-cu ilin aprelinə qədər orada yaşayıb. 2019-cu ildə Ekvador hökuməti ona verilən sığınacağıləğv edib və İngiltərə polisi ABŞ-ın tələbi ilə onu səfirlikdə həbs edib. ABŞ-da mühakimə olunacağı təqdirdə Assancı 175 ilə qədər həbs cəzası gözləyir. 

Nədə ittiham olunur: Culian Assanc ABŞ-ın Ədliyyə Departamentinin hazırladığı 18 maddə üzrə ittihamla üz-üzədir. O, məxfi məlumatları yaymaq və dövlət kompüterindən məlumat sızdırmaqda günahlandırılır. O, Çelsi Meninqlə əlbir olmaqda ittiham olunsa da bunu rədd edir.

Vəkillər nə deyir: Onlar hesab edir ki, jurnalistin həbsisiyasi motivlidir və təqibinin əsas səbəbi müharibə cinayətləri və hüquq pozuntularının olduğunu əks etdirən sənədlərin WikiLeaks-də dərc olunmasıdır.

Assancı kim müdafiə edib: Ötən il məhkəmə dinləmələri zamanı ABŞ-ın İraq və Əfqanıstandakı müharibələri əslində necə apardığının üstünün açılmasında WikiLeaks-in mühüm rol oynadığını bildirən şahidlər çağırılıb.

Onlar arasında “Reprieve” yardım təşkilatının təsisçisi Klif Stafor Smit də olub. O bildirib ki,  WikiLeaks-in yaydığı sənədələrin köməyi ilə Pakistandakı etiraz aksiyalarında ABŞ dronlarının qanunsuz istifadəsi kimi pozuntular aşkara çıxıb.

Vyetnam müharibəsi ilə bağlı Pentaqon sənədlərini sızdıran Daniyel Elsberq isəbildirib ki, Assanc ictimai marağa xidmət edib və buna görə də o, ABŞ-da ədalətli mühakimə olunmayacaq.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia