Çərşənbə axşamı, 15 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Çin ÜST-ün ekspert qrupuna ölkədə koronavirusun mənşəyini araşdırmaq üçün icazə verib

12 Yanvar 2021
Çin Vuhan şəhərində koronavirus xəstəsi qalmadığını deyir

Çinin Vuhan şəhərində yaşayan cütlük alış-verişdən qayıdır. Foto: AFP

Yanvarın 14-də Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspert qrupu Covid-19 pandemiyasının mənşəyini araşdırmaq üçün Çinə gedəcək. Guardian yazır ki, bu barədə Çinin Milli Səhiyyə rəsmisi məlumat verib.

Ekspert qrupu araşdırma üçün Çinə yanvarın əvvəlində getməyi planlaşdırırdı və qrup üzvlərinin bir qismi artıq bu ölkəyə yola düşmüşdü, amma Çin hökuməti onların vizasının hələ təsdiqlənmədiyini bildirərək səfərə mane olub. Çinin Xarici İşlər Nazirliyi bu gecikməni “anlaşılmazlıq” adlandırıb.

Səfər üçün danışıqlar nə vaxt başlayıb: Yanvarın əvvəlində ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus kədərləndiyini dilə gətirərək Çinə ekspert qrupunu ölkəyə buraxmaqla çağırış edib: “Bu xəbərdən çox məyus oldum, nəzərə alsaq ki, iki üzv artıq səfərə başlayıb, digərləri isə son anda səyahət edə bilmədilər ”.

Çin rəsmiləri ilə danışıqlar iyul ayından başlayıb və ÜST aylardır ki, bir çox ölkədən Çinə mütəxəssis qrupu göndərməyə çalışır. Alimlər virusun insanlara necə keçdiyini müəyyənləşdirmək istəyir.

Araşdırma harada olacaq: Tedrosun açıqlamasından sonra Çin Xarici İşlər Nazirliyi ölkənin belə səfərlər üçün açıq olduğunu, ancaq hələ də “lazımi prosedurlar və müvafiq planlar” üzərində iş aparıldığını bildirib.

Yanvarın 14-də Çinə gedəcək ekspert qrupunun virusun peyda olduğu Vuhan şəhərinə girişinə icazə verilib-verilməyəcəyi isə hələ də dəqiq məlum deyil.

Nə baş verib: 2019-cu ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlayan COVID-19 virusu bir neçə ayın içində pandemiyaya çevrilib. Dünyada milyonlarla insanın yoluxduğu və çoxlu insanın ölümünə səbəb olan virusa görə demək olar bütün ölkələrdə karantin, qapanma tədbirləri elan olunub. Əksər insanlar iş yerlərini itirib və aylarla bir çox insan evə qapanmağa məcbur olub. 2020-ci ilin oktyabrında Almaniyada virus əleyhinə vaksin tapılıb. Artıq bir çox ölkə vaksinasiya işlərinə başlayıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia