Cümə, 15 Yanvar 2021
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

Hüquq müdafiə təşkilatı: “Lukaşenko rejimi belarusları 227 illik həbsə məhkum etdi”

12 Yanvar 2021
Lukaşenko Qərbi ittiham edib

Aleksandr Lukaşenko.Foto:Dmitri Lovetski/AP

Belarusun insan hüquqları mərkəzi “Viasna” ölkədə 2020-ci il avqustun 9-da keçirilən prezident seçkilərindən sonrakı dövrün nəticələri barədə məlumatları paylaşıb. Məlumatda qeyd olunur ki, 2020-ci ildə 5 aydan az müddət ərzində ölkədə 25 mindən artıq insan saxlanılıb. Onların həbsdə qaldığı müddət ümumilikdə 227 ilə bərabərdir və etirazçılar təxminən 700 min ABŞ dolları cərimə ödəyib.

Mikroskop yazının qısa xülasəsini təqdim edir:

Belarusun hüquq-mühafizə sistemi tamamilə repressiya fabrikinə çevrilib. İnsan hüquqları müdafiəçilərinin məlumatına görə, 5 yanvar həbslərindən sonra 26 məhkəmə iclası baş tutub. Doqquz nəfərin işi zəif hazırlandığından yenidən baxılması üçün istintaqa göndərilib. Bu müddət ərzində isə məhbuslar sərbəst buraxılmayıb, halbuki polisin onları ancaq 72 saat saxlama hüququ var.

İndi insanların 72 saat saxlanıldığı bir çox hal var və bu üç gün deməkdir. Daha sonra isə məhkəmə onların cərimələnməsinə qərar verir. Əslində insanlar ikiqat cəza alırlar

“Viasna” İnsan Haqları Mərkəzinin nümayəndəsi Natallia Satsukeviç bildirir.

Bu zaman dekabrın 14-də baş tutan “Birlik Marşı”-nın təxminən 20 iştirakçısı məhkəməyə çağrılıb. Milad yolkasının yanında yüzə yaxın adam saxlanılıb. Bir neçə saatdan sonra isə onların əksəriyyəti polis bölməsindən azadlığa buraxılıb. Dörd nəfər “Akrestsin küçəsi” həbsxanasına aparılıb, onlar təqsirli bilinib və cərimə olunublar.

“Viasna” etirazlarla bağlı hazırladığı statistikada deyilir:

  • Saxlanılanların ümumi sayı – 25 000
  • Bir neçə dəfə saxlanılanlar – 1000-dən çox
  • Həbs barədə məhkəmə qərarlarının sayı – 7000
  • Cərimə olunma barədə məhkəmə qərarlarının sayı – 4000
  • Xəbərdarlıqlar – 87
  • Azadlığa buraxılma – 20
  • Belarusların həbsda yatdığı ümumi müddət – 83 min gün və ya 227 il
  • Dövlətə ödənən ümumi cərimənin miqdarı – 1 800 000 rubl

Natallia Satsukeviç deyir ki, bu rəqəmlər əvvəlkindən 10 qat, 1000 qat çoxdur. Repressiyaların coğrafiyasına nəzər saldıqda isə onun əsasən paytaxt Minskdə olduğu görünsə də ölkənin hər şəhərində belə hallar olub. Bu da etirazların əslində hər şəhərdə baş qaldırdığını göstərir.

İnsan hüquqları fəallarının məlumatına görə, saxlanılmalar zamanı 380-dən çox insan döyülüb və 490-a yaxın şəxs xəstəxanaya yerləşdirilib. Ən azı 10 nəfər güllələnib, 5 nəfər isə öldürülüb. Bütün bunlara baxmayaraq təhlükəsizlik qüvvələrinə qarşı heç bir cinayət işi açılmayıb.

Bunlar dəhşətli rəqəmlərdir. Bunlar Belarusda baş verən etirazların və xalqa qarşı repressiyaların miqyasını çox yaxşı əks etdirir

“Viasna”nın nümayəndəsi vurğulayıb.

Həmkarlarımız olan jurnalistlər – Katsyaryna Andreyeva, Darya Çultsova və Katsyaryna Baryseviçə qarşı cinayət işi açılıb. İnsan Haqları Müdafiəçiləri onları və digər 169 nəfəri siyasi məhbus kimi tanıyıb.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia