Bazar ertəsi, 20 Mart 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

“Kimsə maaşından “YAŞAT”a ianə vermək istəmirsə, desin ki, mən azərbaycanlı deyiləm”

12 Yanvar 2021
“Kimsə maaşından “YAŞAT”a ianə vermək istəmirsə, desin ki, mən azərbaycanlı deyiləm”

Azərbaycan Neft-qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev. Foto:ahik.org

İanənin həyata keçirilməsi Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə “Azərkimya” İstehsalat Birliyinin işçiləri əmək haqqlarının 10%-ni “YAŞAT” fonduna köçürüb. Köçürülən ianənin həcminin və nə qədər könüllü olması barədə isə məlumat verilməyib. SOCAR-ın yaydığı məlumatda bu sualların cavabı qeyd olunmayıb.

Həmkarlar İttifaqının sədri Cahangir Əliyev Mikroskop-a açıqlamasında deyib ki, maaşlardan 10%-lik hissənin fonda köçürülməsini onlar qərarlaşdırıb:

Elə qurumlar var ki, bir ayıq əmək haqqını “YAŞAT” fonduna keçirir. Biz isə 10 faiz qərarlaşdırdıq. Bizdə təqribən, əlli min işçi var və hər bir işçidən “Nə qədər ianə edə bilərsən?” -deyə soruşa bilmərik, belə bir mexanizm yoxdur. Məsələnin kütləvi və  operativ şəkildə həll olunması üçün bu yola əl atdıq.

Kimin maaşından nə qədər köçürülür: Cahangir Əliyev deyir ki, maaşlardan fonda köçürülən ianənin məbləği işçinin tutduğu vəzifədən asılı olmayaraq eynidir. İttifaq sədri hesab edir ki, 10%-dən az məbləğ ianə üçün kifayət deyil:

10 faizdən aşağı olsa, onda ianə etməyək də  Biz Qarabağ müharibəsi iştirakçılarını və az təminatlı ailələri bu qərardan kənarda tutmuşuq. Amma yenə də kimsə ianə etmək istəmirsə, desin ki, mən azərbaycanlı deyiləm, pul vermək istəmirəm. Hansısa işçi buna etiraz edirsə, mənimlə danışsın. Biz də araşdırarıq ki,  burada hansı prinsipi pozmuşuq. Biri gedib döyüşüb yaralanıb, biri işdə olub salamat qalıb. Maaşından 10 faiz ianə etməkdə nə kimi problem ola bilər?!

C.Əliyev deyib.

İanə üçün maaşlardan tutulacaq məbləği ittifaq sədrinin kimlə birlikdə müəyyənləşdirdiyini isə o, açıqlamayıb.

Nə baş verib: Dekabrın 8-də Qarabağ müharibəsində həlak olanların ailələri və yaralılara yardım etmək üçün YAŞAT fondu yaradılıb. Bunla bağlı İlham Əliyevin imzaladığı fərmanda deyilir ki, fondun maliyyə mənbəyi könüllü ianələr və qanunla qadağan olunmayan digər mənbələr olacaq.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan