Bazar, 7 Mart 2021
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

Meliorasiya və Su Təsərrüfatı ASC əməkdaşların maaşının neçə faizini “YAŞAT”-a köçürəcəyini açıqlamır

27 Yanvar 2021
Meliorasiya və Su Təsərrüfatı ASC əməkdaşların maaşının neçə faizini “YAŞAT”-a köçürəcəyini açıqlamır

Dilqəm Şərifov. Foto: RealTV / screenshot

Yanvarın 26-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC əməkdaşlarının əməkhaqlarından hər ay müəyyən faizinin “YAŞAT” Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib. Fonda köçürülmə ilə bağlı qurumun yaydığı məlumatda əmək haqlarından neçə faiz tutulacağı və bunun nə qədər müddət davam edəcəyi açıqlanmayıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov Mikroskop-a bildirib ki, qurum dekabrın 17-i “YAŞAT” fonduna 200 000 AZN ianə edib:

“YAŞAT” fondu olduğu müddətcə biz bu fonda köməklik edəcəyik”.

Dilqəm Şərifov əməkdaşların maaşından neçə faiz tutulacağı barədə məlumatı isə açıqlamayıb:

“Faiz məsələsini biz açıqlamırıq. Nə məlumat yazılıbsa, odur. Əməkdaşların maaşından neçə faiz tutacağına dair məsələsini biz qeyd etmirik. Rəhbərlik deyib ki, onu deməyə ehtiyac yoxdur, ona görə də məlumatda bu barədə heç nə bildirməmişik”.

Mətbuat katibi deyib ki, əməkhaqlarından tutulacaq faizlə bağlı detalları yalmız rəhbərliyin icazəsi ilə açıqlaya bilər:

“Rəhbərlikdən soruşuram, mənə icazə versələr, zəng edib sizə deyərəm. Mən istənilən məlumatı rəhbərliyin icazəsi ilə verirəm. Çünki mənim dediyim söz birbaşa qurumun rəsmi sözüdür, ona görə özbaşına sizə heç nə deyə bilmərəm”

Nə baş verib: Prezident İlham Əliyevin 2020-ci il dekabrın 8-də “YAŞAT” fondunun yaradılması ilə bağlı fərman imzalayıb. Fondun yaradılmasında məqsəd ölkənin ərazi bütövlüyü uğrunda yaralanan və həlak olanların ailələrinin təminatına dəstəkdir.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia