Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Lənkəran Dövlət Universiteti önündə etiraz edən tələbə saxlanılıb

02 Fevral 2021
Lənkəran Dövlət Universiteti önündə etiraz edən tələbə saxlanılıb

Tələbə Əhməd Məmmədli. Foto: şəxsi arxiv

Tələbə Güc Mərkəzinin sədri, tələbə Əhməd Məmmədli Lənkəran Dövlət Universiteti qarşısında aksiya edərkən saxlanılıb. Aksiyanın məqsədi LDU tələbələrinin problemlərinin həllini tələb etmək olub.

Tələbə Güc Mərkəzi məsələ ilə əlaqədar bəyanat səsləndirmək istəsə də buna imkan verilməyib və Ə.Məmmədli polis tərəfindən saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb.

LDU tələbəsi Orxan İsgəndərli isə universitetə gələrkən yolda saxlanılıb və polis şöbəsinə aparılıb.

Niyə aksiya keçirilib: Bir neçə gün öncə Tələbə Güc Mərkəzinə Lənkəran Dövlət Universiteti tələbələrindən kütləvi şikayət daxil olub. Şikayətlər imtahanlar və tələbələrin topladıqları ballarla əlaqıdar olub.

Nə baş verib: Müəllimlər tələbələrə imtahandan yüksək bal aldıqlarını bildirsələr də yekunda universitetin elan etdiyi ballar əksinə, xeyli aşağı olub. Universitet tələbələri obyektiv və ədalətli apelyasiya baxışı keçirilməsini tələb ediblər.

Univeristet nə deyir: Tələbə Güc Mərkəzi LDU rəhbərliyi ilə əlaqə saxlasa da , universitet rəhbərliyi onlara “sizə hesabat vermək məcburiyyətində deyilik, necə edəcəyimizi özümüz bilərik” deyə cavab verib. 

Polis nə deyir: Mikroskop məsələ ilə bağlı Lənkəran Şəhər Polis şöbəsi ilə əlaqə saxlayıb, amma onlar məlumatı təkzib edib:

Bizim bu barədə heç bir məlumatımız yoxdur. Olmayan bir şeyi deyə bilmərik . Sizdən eşitdik bu məlumatı.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia