Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Fatmayı və Görədil kəndlərində sərnişinlər avtobus tapa bilmir

14 Fevral 2021
Fatmayı və Görədil kəndlərində sərnişinlər avtobus tapa bilmir

Marşrut avtobusları. Foto: trend.az

Abşeron rayonu Fatmayı və Görədil kənd sakinləri avtobus qıtlığından şikayətçidirlər. Sakinlərinin sözlərinə görə, 108A və 134 nömrəli avtobuslar sistemdə 10-12 ədəd nəzərdə tutulsa da, onlardan cəmi 6-sı sərnişin daşıyır:

Avtobuslardan 2-si də elə yolda xarab olur. Hazırda işlək vəziyyətdə olan cəmi 4 avtobus var.

Sıxlıqdan gileylənən kənd sakinləri deyir ki, sürücüyə bu barədə şikayətlərini deyəndə də onlar kifayət qədər avtobusun olmadığını deyir.

Kənd sakinləri həm də deyir ki, avtobuslar təmirsizdir:

Marşrut avtobuslarıınn təmirinə məsuliyyətsiz yanaşılır. Səhər təmir olunan avtobuslar günortaya xarab olur.  Məsələyə başdansovdu yanaşılır.

deyə kənd sakinləri bildirib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Mikroskop-a bildirib ki, həmin marşrut xətti “Monella” MMC şirkətinin müvəqqəti istismarındadır.

O sərnişindaşınmaların vəziyyəti həqiqətən də qənaətbəxş deyil. Sərnişinlərdən dəfələrlə bizə də bu istiqamətdə şikayətlər daxil olub. BNA  “Monella “MMC-nin rəhbəri Qurbanəli İsmayılov qarşısında  dəfələrlə məsələ qaldırılıb. Təəssüf ki,  hələ də müsbət nəticə yoxdur.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev. Foto: Elşən Baba/Report.az

Mais Ağayev deyir ki, analoji hal digər marşrut xətlərində də olub və qurum həmin şirkətlə yollarını ayırıb:

Əgər daşıyıcı qoyulan tələblərə əməl etmir və problemləri aradan qaldırmırsa, o şirkətlə yollarımızı ayırırıq. Həmin daşıyıcıdan marşrut xətlərinin istismarı da alınır və işinə məsuliyyətli yanaşan daşıyıcıya həvalə olunur. Eyni aqibət “108A” avtobusunu da gözləyir. Həmin marşrut xətti ilə bağlı da eyni qərar qəbul edilib, icra olunacaq.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia