Bazar, 7 Mart 2021
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

İki belaruslu jurnalistin hər biri 2 il azadlıqdan məhrum edilib

19 Fevral 2021
İki belaruslu jurnalistin hər biri 2 il azadlıqdan məhrum edilib

Yekaterina Baxvalova və Darya Çultsovanın fevralın 9-da baş tutan məhkəməsi. Foto: AP Photo

Fevralın 18-i belaruslu jurnalistlər Yekaterina Baxvalova (27 yaş) və Darya Çultsovanın (23 yaş) hər biri iki il müddətinə azadlıqdan məhrum edilib. Minsk Frunzensk Rayon Məhkəməsi Belsat kanalının əməkdaşı olan jurnalistləri ictimai asayişi pozmaqda təqsirli bilib.

Onlar mülki geyimli polislər tərəfindən döyülərək öldürülən etirazçı Roman Bondarenkonun ölümü ilə bağlı aksiyada çəkiliş edən zaman, noyabrın 15-i saxlanılıb. Belsat-ın məlumatına görə, fevralın 17-də keçirilən məhkəmədə Prokuror Alina Kasyanchyk jurnalistlərin öz reportajları ilə insanları kütləvi etirazlara qoşulmağa çağırdıqlarını bildirib.

Jurnalistlər nə deyir: Məhkəmədə çıxış edən Baxvalova ittihamların uydurma olduğunu bildirib. Onlar deyib ki, nümayişdə yalnız jurnalist kimi işlərini görmək üçün iştirak ediblər.

Roman Bondarenkonun saxlanıldığı meydanda onun ölümündən sonra keçirilən nümayiş. Foto: BelaPAN/Reuters

Roman Bondarenko kimdir: Aleksandr Lukaşenko əleyhinə aksiyalarda iştirak edən 31 yaşlı rəsm müəllimi Roman Bondarenko döyülüb və aldığı xəsarətlər nəticəsində həlak olub. Hüquq müdafiəçiləri deyir ki, R. Bondarenko mülki geyimli polislər tərəfindən döyülüb.

Nə baş verib: Belarusda avqustun 9-da keçirilən prezident seçkilərindən sonra rəsmi məlumata görə, Aleksandr Lukaşenko 6-cı dəfə prezident seçilib. Bundan sonra bütün ölkə boyu seçki nəticələrinə etiraz aksiyaları keçirilib. Hüquqları müdafiəçiləri deyir ki, həftələrlə davam edən etiraz aksiyalarında 30 mindən çox insan saxlanılıb və onların böyük qismi vəhşicəsinə döyülüb.

Ölkə rəsmiləri nə deyir: Hakimiyyət rəsmiləri fiziki zorakılıqla bağlı iddiaları rədd edir və bu cür iddialar irəli sürən insanları Qərbin maliyyələşdirdiyi təxribatçı adlandırır.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia