Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Məhkəməsi Azərbaycan hökumətini 35 250 avro cərimələyib

25 Fevral 2021
Avropa Məhkəməsi Azərbaycanı cərimələyib

Avropa Məhkəməsi Foto: Guardian

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 25-də Azərbaycandan göndərilən 8 şikayət üzrə qərarlarını elan edib.

Vəkil Nemət Kərimli, Elşad Təhməzov, Pərviz Həşimli və digərlərinin Azərbaycana qarşı işlərində tərəflər dostca anlaşmaya (tərəflərin öz aralarında razılaşması) başlayıblar. Anlaşmaya əsasən, Azərbaycan hökuməti N.Kərimliyə 2750, E.Təhməzova 6700 avro təzminat ödəməlidir.

Hökumət 4 ərizəçiyə – Pərviz Həşimli, Mustafa Hacıbəyli, Ayaz Məhərrəmli, Anar Məmmədovun hər birinə 6 min, Akif Şiriyevə isə 1800 avro ödəməlidir.

Məhkəmə digər iki ərizəçi – Mustafa Axundov və Sevinc Məcidovanın işini də baxılacaq işlərin siyahısından çıxarıb. Şikayətçilərin vəkili AİHM-ə ərizəçilərlə kommunikasiya saxlaya bilmədiyini deyib.

Nə baş verib: Vəkil Nemət Kərimli nümayəndə olduğu cinayət işi ilə bağlı mediaya verdiyi ifadələr səbəbindən bir il müddətinə vəkillik fəaliyyətindən kənarlaşdırılması ilə əlaqədar olaraq AİHM-ə müraciət edib. O, vəkillikdən müvəqqəti uzaqlaşdırılmasının onun ədalətli məhkəmə araşdırması, şəxsi həyata müdaxilənin yolverilməzliyi, ifadə azadlığı, mülkiyyət hüququna zidd olduğunu iddia edib.

Elşad Təhməzov işində ərizəçi 5 aydan artıq qanunsuz həbsdə saxlanılıb. Yerli məhkəmələr buna görə ərizəçiyə təzminat ödənilməsinə qərar verib. Ərizəçi AİHM qarşısında ona ödənilmiş təzminatın məbləğinin (1500 manat) yetərli olmamasını mübahisələndirib.

Pərviz Həşimli və digərləri hərəkət azadlığı hüququna məhdudiyyətlərin tətbiq edilməsinin qanunsuzluğunu iddia edib.

M.Axundov və S.Məcidova işində isə QHT-nin qeydiyyatından imtina edilməsindən şikayət edib. “Sosial Təşəbbüslər və İnsan Hüquqları” İctimai Birliyinin təsisçiləri olan ərizəçilər AİHM qarşısında birləşmək hüququnun pozuntusunun tanınmasını xahiş ediblər.

Akif Şiriyev isə mülkiyyət hüququnu mübahisələndirib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia