Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bayramqabağı bazarlarda qiymətlər necədir? Alıcılar və satıcılar danışır. FOTOREPORTAJ

20 Mart 2021

Bakıdakı bir neçə bazarda olub, Novruz bayramı üçün sakinlərin bazarlıq etməyə imkanının olub olmadığını soruşmuşuq. Həm satıcılar həm də alıcılar qiymətlərdən şikayətçidir. Foto reportyor Firi Səlimin Mikroskop Media üçün hazırladığı fotoreportajı təqdim edirik!

Firi Səlim / Mikroskop Media

Millətin dərdini bilən lazımdır! Qiymətlər od kəlləsinə qalxıb. Bəs bunu Baş nazir görmür? Kimdir bu qiymətləri qaldıran?

Alıcı
Firi Səlim / Mikroskop Media

Dolanırıq da. Zəifçilikdi. Camaat yox. 1 kq almaq əvəzinə, yarım kq alırlar. Bu virusdan sonra camaatın işsizliyi və s. təsir edir.

Satıcı
Firi Səlim / Mikroskop Media

Fərq var. Keçən illə müqayisədə fərq var. Bizlik deyil. Şirkətlərdədir günah. Şirkətlər qaldırır qiyməti. Bu gün alırsan 10 qəpiyə səhəri gün olur 35 qəpiyə. Adını da qoyurlar ki, Rusiyaya gedir. Alıcı demək olar ki, yoxdur.

Satıcı
Firi Səlim / Mikroskop Media

Əvvəlki illərlə müqayisədə çox bahadır. Meyvələr bahadır. Məsələn alma öz məhsulumuzdur. Amma maaşla müqayisədə çox baha satılır. Ən ucuz fındıq, ən ucuz qoz, 12-13 manatdır. Hətta 20 manata olanlar da var.

Alıcı
Firi Səlim / Mikroskop Media

Camaatın vəziyyəti pisdir. Camaat 1 kq ala bilmir. Keçən il bundan ucuz idi. Camaatın gücü çatmır almağa. Pensiyalar azdır. 200 manat pensiya verilir. Bundan nə ala bilərsən? Bir dənə dərmanın puludur o.

Satıcı
Firi Səlim / Mikroskop Media

Keçən ilə nisbətən bu il qiymətlərdə dəhşət artım var. Qiymətlərə nəzarət edən yox, camaatın vəziyyətini nəzərə alan yox, işsizlik. Mən işləmirəm. 8 aydır evdə oturmuşam. İş yoxdur. 2 toyuq almışam bir də ot quruları. Onlardı almışam ki, dəmləyib içəm. Vəssalam.

Alıcı
Firi Səlim / Mikroskop Media
Firi Səlim / Mikroskop Media
Firi Səlim / Mikroskop Media
Firi Səlim / Mikroskop Media

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia