Cümə axşamı, 15 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Saatlı sakini oğlunun əlillik müavinətinin kəsilməsindən şikayətçidir

26 Mart 2021

Natiq Sarıyev övladı Məhəmməd Sarıyevin əlillik müavinətinin kəsilməsindən şikayətçidir. O, deyir ki Sosial Müdafiə nazirliyinin “142” Çağrı Mərkəzinə dəfələrlə zəng vurub, nazirliyə müraciət etsə də heç bir nəticəsi olmayıb:

Bir ilə yaxındır övladımın müavinəti kəsilib. Dəfələrlə onun bərpası üçün müraciət etsəm də, imtina cavabı gəlib. Gah deyirlər bu kağız yoxdur, onların dediyi kağızı göndərirəm, gah da başqa bir bəhanəylə işi uzadırlar. Belə-belə müavinət artıq bir ildir ki, kəsilib. Oğlumun uşaqlıqdan əlilliyi var və daimi olaraq müalicə alır. Əvvəllər müalicə üçün İrana aparırdım. Artıq yollar da bağlandığı üçün onu apara bilmirəm.

Saatlıda yaşayan N.Sarıyev 3-cü qrup gözdən əlildir və buna görə müavinət alır. Hazırda ailənin dolanışıq xərclərini N.Sarıyevin ana və atasının pensiyası qarşılayır. Həyat yoldaşı isə kənd təsərrüfatı ilə məşğuldur.

‌”İnsanları durduq yerə, heç nədən incidirlər”

N.Sarıyev deyir ki, müraciətlərinə imtina cavabı gəldiyindən onu Dövlət Sosial Müdafiə Fondunun Beyləqan Rayon Şöbəsinə yönləndiriblər. 3-4 ay əvvəl burada komissiyadakı həkimlər onun övladının xəstə olduğu barədə rəy veriblər. Buna baxmayaraq yenə də müavinət bərpa olunmayıb. ‌

Bircə qalıb ki, Sosial Müdafiə nazirliyinin önünə gedim, amma Bakıya gəlib, nazirliyə getməyə də imkanım yoxdur. Yoxsa çoxdan gəlmişdim.

N.Sarıyev vurğulayıb.

Şikayətlə bağlı “Mikroskop Media” Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sorğu göndərsə də cavab ala bilməyib.

Əlillik müavinəti necə verilir: Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Qanun ilə müəyyən edilir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia