Çərşənbə axşamı, 13 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Afrikalı kölələrin nəvələrinə nə qədər təzminat ödənməlidir?

02 Aprel 2021

Britaniya parlamenti 1807-ci martın 25-də qul ticarətini və köləliyin ləğv edilməsi ilə bağlı qanun qəbul edib.

Corc Floydun ABŞ-da polis tərəfindən öldürülməsindən sonra başlayan və bir çox ölkəyə yayılan “Qara Həyatlar Dəyərlidir” etirazlarında tarixi haqsızlıqları düzəltmək və indiki kölə nəslindən olan ailələrə təzminat ödəmək məsələsi gündəmə gəlib. BBC yazır ki, hazırda təzminat ödənilməsi, eləcə də üzrxahlıq edilməsi barədə siyasi arqumentlər gündəmə gəlib. Etirazlardan sonra bir çox şirkət və qurum qul alveriylə keçmişdə əlaqələri olduğu üçün üzr istəyib. Qul ticarətinin qurbanlarının bugünkü nəsilləri, əcdadlarının əməyinin istismar edilməsinə görə istismarçı ölkələrin təzminat verməsini tələb edir.

Foto: BBC

Bu mövzuda təşviqatçılar, əsasən, Afrikadan Amerika qitəsinə 16-19-cu əsrlər arasında daşınaraq satılan 11 milyon kişi, qadın və uşaq kölələr məsələsinin üzərində dayanırlar. 400 il ərzində 4 milyondan çox Afrikalı qulun satıldığı Braziliya, təzminat məsələsini hökumətin gündəminə gətirmək üçün Köləlik Həqiqəti Komissiyasını yaradıb. Təzminatın hesablanması üçün Afrikada yaradılan bir komissiya 1999-cu ilə qədər Avropanın keçmiş istismarçı ölkələrinin qitəyə 777 trilyon dollar təzminat borcu olduğunu müəyyənləşdirib. Bir çox aktivist irqlər arasındakı bərabərsizliyi yox etməyin yeganə yolunun təzminatdan keçdiyini düşünür. Keçmişdə qul alveri ilə əlaqəsi olduğuna görə üzr istəyənlər sırasına İngiltərədəki Anqlikan Kilsəsi ilə kölə sahiblərinə qulları və onları daşıyan gəmilər üçün sığortalayan 300 illik sığorta şirkəti “Lloyd’s of London” da daxildir.

Müasir köləlik: Beynəlxalq Əmək Təşkilatı və “Walk Free Foundation”ın (Azad Gəz Fondu) Beynəlxalq Köç Təşkilatı ilə birlikdə hazırladığı “Dünya Köləlik İndeksi 2018” hesabatına görə, dünyada 40 milyondan çox modern kölə var. Modern köləlik qurbalarının 71 faizini qadınlar və uşaqlar, 29 faizini kişilər təşkil edir. Modern kölələrin 15.4 milyonu zorla evləndirilənlər, 24.9 milyonu isə zorla işlədilənlərdir. Dünyada hər min nəfərdən beşi modern köləliyin qurbanıdır. Köləliyə dair əldə edilmiş məlumatlara görə, Afrikada hər min nəfərin 7,6-sı Şərqi Asiyada, 6,1-i Avropa və Orta Asiyada 3,9-u modern kölədir. Bu bölgələri hər min nəfərdən 3,3-nün modern kölə olduğu Ərəb ölkələri və hər min nəfərdən 1,9-nun kölə olduğu Şimali və Cənubi Amerika izləyir. Modern köləlik bir nəfərin təhdid və zorakılıqla işləməyə məcbur edilməsi və istismarı deməkdir. Maraqlısı budur ki, BMT-nin İnsan Ticarəti Protokolu çərçivəsində 124 ölkə insan alverini cinayət hesab edir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia