Çərşənbə, 25 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İtkin düşmüş hərbçilərin ailələri etiraz edir: Prezident bizi niyə qəbul etmir?

08 Aprel 2021

Bu gün itkin düşmüş hərbi qulluqçuların valideynləri Prezident Adminstrasiyasının önündə etiraz aksiyası keçirib. Valideynlər övladlarının tapılmasını tələb edib. Deyiblər ki, 7 aydır onları qəbul edən yoxdur.

Prezident niyə qabağımıza çıxmır? 7 aydır xanım. 7 ay. Gəlirik Prezident aparatına. Bir nəfər qarşımıza çıxıb demir ki, bu uşaq hanı. 7 aydır xəstəxanalarda yatırıq. Ölübsə, ölüsünü, qalıbsa, dirisini versin. Biz hara müraciət edək?

İtkin düşmüş hərbçinin atası

Etirazda iştirak edən valideynlərdən biri deyir ki, onun oğlu mühasirədə qalıb. Yaralanıb və onun oğluna yardım edən olmayıb.

Hara gedirəmsə, deyirlər səbr elə. Nə qədər səbr etməliyəm? Yalvarıram mənim balamı tapsınlar.

İtkin düşmüş hərbçinin anası.

Eldəniz Verdiyevin anası deyir ki, sonuncu dəfə oğlu ilə 1 oktyabrda danışıb. 3 oktyabrda isə oğlunun həlak olması xəbərini alıb. Bu məlumatı ona oğlunun döyüş yoldaşları verib. Lakin E. Verdiyevin adı itikin düşmüş hərbçilərin sırasındadır.

Mən İlham Əliyevə müraciət edirəm. Bu qədər valideyn sizin qapınıza gəlib. Dəyərli vaxtınızdan 5 dəqiqə ayırıb bizimlə görüşün. İtkin düşənlərlə bağlı düzgün məlumat verin.

Eldəniz Verdiyevin anası

Aksiyada Bakı ilə yanaşı, həm də Ağdaş, Beyləqan və digər rayonlardan gələn, ümumilikdə16 ailə iştirak edib.

Valideynlər həm də düşünür ki, bəlkə də övladları əsir düşüb. Əgər elədirsə, əsir qismində axtarışın və qaytarılması üçün danışıqların aparılmasını tələb edirlər.

Aksiyaya rəsmi cavab nə olub: Baş Prokuror Kamran Əliyev aksiya keçirilən əraziyə gəlib. O, itkin düşən hərbçilərin validenylərini Baş Prokurorluğa dəvət edərək onları qəbul edəcəyini bildirib. Görüşdən sonra bildirilib ki, hərbçilərin axtarışı davam edir.

İtkin düşənlərin əsir olması ehtimalı da var. O istiqamətdə də axtarışlar davam edir.

Kamran Əliyev

Nə baş verib: 27 sentyabrdan 10 noyabra qədər Azərbaycan və Ermənistan arasında 44 gün davam edən 2-ci Qarabağ müharibəsi baş verib. Bu müharibədə Azərbaycan tərəfindən 2881 nəfər həlak olub. Bu rəqəm 2021-ci ilin mart ayının 2-də Müdafiə Nazirliyi tərəfindən açıqlanıb.

Neçə nəfər itkindir: Müdafiə Nazirliyinin yaydığı son açıqlamada itkin düşmüş hesab olunan 28 nəfərin adı var.

İtkin düşmüş hərbçilərin ailələri Prezident Adminstrasiyasının qarşısında etiraz edib – CANLI YAYIM

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia