İran məhkəməsi həm İngiltərə, həm də İran vətəndaşı olan xeyriyyə işçisi Nazanin Zagari Retklifi bir il müddətinə azadlıdan məhrum edib. The Guardian yazır ki, onun ölkədən çıxışına da 1 illik qadağa qoyulub. Bu barədə məlumat yayan vəkili Hocat Kermani bildirib ki,qərardan apelyasiya şikayəti verilib.
Bu ilk həbs deyil: N.Z.Retklif 2009-cu ildə İran səfirliyi qarşısındakı nümayişdə iştirak edib və nümayiş zamanı BBC-nin İran jurnalistinə müsahibə verib. Məhkəmə buna görə onu rejim əleyhinə propaqanda aparmaqda təqsirli bilib. Retklif ilk dəfə 2016-cı ildə ailəsinə baş çəkmək üçün 2 yaşlı qızı Qabriella birlikdə Tehrana gələndə həbs olunub. Bu zaman o, 5 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ilin martında o pandemiya ilə əlaqədar şərti azadlığa buraxılıb. Retklifə qarşı növbəti ittiham keçən il irəli sürülüb. Vəkilləri deyir ki, ikinci ittiham üzrə məhkəmə iclası zamanı İran təhlükəsizlik xidməti yeni bir sübut təqdim etməyib.
Ailəsi nə deyir: Onun həyat yoldaşı Riçard Retklif deyir ki, 1 illik ölkədən çıxış qadağası da əslində həbsə barəbərdir və bu o deməkdir ki, Nazənin iki il ərzində İranı tərk edə bilməyəcək.
Beynəlxalq ictimaiyyət nə deyir: İngiltərə Baş naziri Boris Conson Retklifin azad edilməsi üçün hökumətin çox çalışacağını deyib.
“Hökümətimiz dayanmayacaq, səylərimizi ikiqat artıracağıq və bu məsələ ilə bağlı amerikalı dostlarımızla birlikdə çalışırıq”.
Conson əlavə edib
Baş nazirlə yanaşı Britaniya Parlamentinin millət vəkili Tulip Siddiq, Xarici İşlər Naziri Dominik Raab xeyriyyəçinin həbsinə münasibət bildirib və bunu pisləyib.