Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Keçmiş heykəl məhbusu Bayram Məmmədovun cəsədi tapılıb

05 May 2021
Keçmiş heykəl məhbusu Bayram Məmmədovun cəsədi tapılıb

Bayram Məmmədov. Foto: Ülviyyə Əli

İctimai fəal, keçmiş siyasi məhbus Bayram Məmmədov Türkiyədə vəfat edib. Bu barədə məlumatı onun İstanbulda yaşayan dostları yayıb.

Nə baş verib: Bayram Məmmədov haqda 2 maydan etibarən xəbər almaq mümkün olmayıb. Onun barədə axtarış elan etmək üçün polisə müraciət edildikdən sonra ölüm xəbəri alınıb.

Ölümü barədə nə məlumdur: Hələ ki cəsədə ilkin baxış keçirilməyib. Yalnız cəsədin fotosu polis tərəfindən dostlarına göstərilib və Bayram Məmmədov olduğu müəyyən edilib. Ölümün təfərrüatları barədə hələ heç bir məlumat yoxdur.

Bayram Məmmədov kimdir: B. Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il 10 mayında eks-prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “Fuck the system” sözləri yazdıqdan sonra həbs olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2016-cı il 25 oktyabrda Qiyas İbrahimov, həmin il 8 dekabrında isə Bayram Məmmədov 10 il azadlıqdan məhrum edib. Hər iki gənc “Amnesty İnternational” təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilib.

Nə vaxt azadlığa buraxılıblar: Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia